ümid Partiyası seçkinin nəticələrini tanımamaqla bağlı MSK sədrinə müraciət edib

img

26-12-2009 [02:37]


Ümid Partiyasının səlahiyyətli nümayəndələri Məmmədli Nəsimi Əhməd oğlu, Ağazadə Ənvər Sərdar oğlu, Karslı Şəbnəm Rəşaid qızı, Əskərova Əminə Bəkir oğlu, Hətəmov Səməd Əbdüləli oğlu, Abbasov Xanlar Nüsrət oğlu, Əliyev Taleh Məhəmməd oğlu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət ünvanlayıblar. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, müraciətdə 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində səsvermə günü Ümid Partiyasının səlahiyyətli nümayəndələri, namizədləri və müşahidəçiləri qanun pozuntuları ilə rastlaşıblar, Qeyd olunur ki, səsvermə günü ərzində 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 50 saylı Qobustan-Xızı-Quba, 81 saylı Beyləqan, 24 saylı Nizami birinci, 72 saylı Yardımlı-Masallı, 109 saylı Balakən, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 25 saylı Nizami ikinci, 53 saylı Quba-Qusar, 63 saylı Sabirabad birinci, 50 saylı Quba-Qusar, 5 saylı Şahbuz-Babək, 68 saylı Cəlilabad, 96 saylı Goranboy-Naftalan, 108 saylı Ağstafa, 31 saylı Suraxanı ikinci, 4 saylı Naxçıvan şəhər, 30 saylı Suraxanı birinci, 2 saylı Şərur, 117 saylı Oğuz Qəbələ, 11 saylı Qaradağ seçki dairələrində qanun pozuntuları olub. Səsvermə başa çatdıqdan sonra 29, 57, 61, 63, 64, 81, 114, saylı Seçki Dairələrində yerləşən məntəqə seçki komissiyalarında seçki qutuları səsvermə başa çatdıqdan sonra məntəqədə deyil, dairədə açılıb, səslər orada sayılıb,16, 19, 24, 25, 30, 31, 32, 37, 38, 39, 40, 45, 46, 47, 48, 49, 71, 82, 93, 94, 95, 108, 109, 115 saylı Seçki Dairələrinin məntəqə seçki komissiyalarında seçki qutuları açıldıqdan sonra bülletenlər sayılmış, lakin protokol tərtib edilməyib. Sonradan məlum olmuşdur ki, qutudan çıxan rəqəmlərlə protokolda olan rəqəmlər heç uyğun gəlmir; 8, 9, 11, 12, 50, 63, 68, 83, 96 saylı Seçki Dairələrinin məntəqə seçki komissiyalarında səslərin sayılma prosesi zamanı Ümid partiyasının namizədləri, vəkilləri və müşahidəçiləri məntəqədən qeyri-qanuni şəkildə kənarlaşdırılmışdır və onlara protokol verilməyib. Ümid Partiyasının nümayəndələri hesab edirlər ki, yuxarıda göstərilənlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2, 5, 6, 11-1, 17, 31, 32, 37, 40-42, 72, 75, 104, 106, 236, 237 maddələrin tələbləri pozulub. Yuxarıda göstərilən pozuntularla bağlı bütün məlumatlar səsvermə günü MSK üzvü Akif Qurbanov tərəfindən MSK sədrinə çatdırılsa da, heç bir nəticə hasil olmayıb. Bütün bunlara əsaslanaraq Ümid Partiyası olaraq seçkinin nəticələrini tanımadığını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA