Milli Qurtuluz Pasrtiyası bələdiyyə seçkilərini seçki tarixində ikinci tragikomediya kimi qiymətləndirdi

img

25-12-2009 [08:20]


MQP Siyasi Şurası 23 dekabr tarixdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir: ?Ölkə tarixində 3-cü bələdiyyə seçkiləri kimi qalacaq son tədbir əvvəlkilərdən daha qeyri-demokratik, seçki deyilməsi mümkün olmayan səviyyədə keçirilən, 2008-ci il prezident seçkilərinin məntiqi davamı olan, qabaqcadan rolların bölündüyü siyasi tamaşa, xalqımızın növbəti dəfə aldadılması, siyasi iradəmizin zorlanması nümunəsidir. İqtidar bu dəfə də Seçki Məcəlləsini və seçki mühitini demokratikləşdirmədən, müxalifəti prosesdən təcrid etməklə, saxtakarlıq vasitələri ilə, büdcə təşkilatlarını inzibati qaydada səfərbər edərək seçki adı altında təyinatları həyata keçirdi, 3-5 faiz iştirakçını 32 faiz kimi qələmə verməklə növbəti biabırçılığa imza atdı. MQP Siyasi Şurası 3-cü bələdiyyə seçkilərinin müstəqil Azərbaycan tarixində son prezident seçkilərindən sonra 2-ci tragikomediya olduğunu qeyd edərək, nəticələri legitim hesab etmədiyini bəyan edir. MQP SŞ son seçkinin əslində seçki olmadığını vurğulayaraq hakimiyyətin seçki keçirmək iqtidarında və marağında olmadığını, bunun isə qarşıdan gələn seçkiləri boykot edəcəyini bəyan edənlərin arqumentlərini gücləndirdiyini təəsüflə qeyd edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA