Parlamentarilərimiz islam Konfransı Təzkilatına üzv dövlətlərin Parlament ittifaqının iclasında iztirak edəcəklər

img

18-12-2009 [01:36]


Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Gövhər Baxşəliyeva İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının iclaslarında iştirak etmək üçün dekabrın 18-də Misirin paytaxtı Qahirəyə səfərə yola düşüblər. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, İKT Pİ-nin Nizamnaməsinə və Qaydalara yenidən baxılması vasitəsilə bu qurumda islahatlar üzrə Xüsusi Komitənin 2-ci iclası iki səviyyədə təşkil edilib. Tədbirdə öncə ekspertlərin görüşü olacaq. Daha sonra müzakirələr Misir parlamentinin spikeri Əhməd Fəthi Sorurun sədrliyi ilə parlament rəhbərləri səviyyəsində davam etdiriləcək. Hər iki iclasda İslam Konfransı Təşkilatı Parlament İttifaqının Baş katibi Mahmud Erol Kılıcın məruzəsi dinləniləcək. Ekspertlər tərəfindən Əlcəzair və Qahirə görüşlərində irəli sürülmüş təkliflər nəzərə alınmaqla İKT Pİ-nin Nizamnaməsi və Qaydalar üzrə məruzə ətrafında ümumi müzakirələr aparılacaq. Qurumun təşkilati sənədlərinə yenidən baxılması yolu ilə İttifaqda islahatların aparılması üçün Plan tərtib ediləcək. Azərbaycan parlamentinin təmsilçiləri müzakirə olunan məsələlərə dair ölkəmizin mövqeyini bildirəcəklər. Səfər dekabrın 22-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA