AMiP bələdiyyə seçkilərinin total saxtakarlıqla keçirildiyini bəyan edib

img

25-12-2009 [04:38]


Azərbaycan Milli İstiqlal Partiyası 23 dekabrda Azərbaycanda keçirilən bələdiyyə seçkilərini kütləvi qanun pozuntuları ilə keçirildiyini və total saxtakarlıqlara yol verildiyinini bəyan edərək, bu seçkiləri demokratik və hüquqi cəmiyyətin qurulmasına növbəti ağır zərbə kimi qiymətləndirir. AMİP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, dekabrın 23-də Azərbaycanda indiyə qədər analoqu olmayan seçki oyunu keçirildi. Bu seçkilərdə ölkə ictimayyətinə məlum olan və olmayan total saxtakarlıq üsullarından istifadə edilib. Seçici fəallığı ilə bağlı verilən rəsmi nəticələr isə real nəticələrdən qat-qat aşağı olmuşdur. Mərəkzi Seçki Komissiyası seçicilərin seçkidə iştirakını 31,86% elan etsə də, əslində bu 7-8%-dən çox olmayıb: ?Ötən seçkilərdə olduğu kimi ?karusel? əməliyyatından kütləvi şəkildə istifadə edilsə də, nəticələr sandıqdan çıxan seçki bülletinlərinin sayına görə deyil, əvvəlcədən icra strukturlarında hazırlanmış siyahılar üzrə elan olunub. Bütün seçki məntəqələrinin yekun protokolları Dairə Seçki Komissiyasında, DSK-nın yekun protokolları isə icra hakimiyyətlərində tərtib olunub?. AMİP hesab edir ki, Azərbaycana beynəlxalq təzyiqlərin artdığı bir vaxtda hakimiyyət ölkədə həmrəyliyin yaranması baxımından vətəndaşların və siyasi institutların etmadını qazanma imkanını növbəti dəfə əldən verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA