Sumqayıtda da seçkilər saxtalazdırılır

img

23-12-2009 [02:50]


?Səhər saatlarından başlayaraq müşahidə apardığım bir neçə seçki məntəqəsində qanun pozuntaları baş verib. Komissiya üzvləri isə qanunsuzluqlara göz yumurlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Sumqayıt Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən Zaur Məmmədov deyib. Onun sözlərinə görə, artıq komissiyalar seçki saxtakarlığına başlayıblar: ?Saat 10-dan 12.30-a qədər 43 saylı Sumqayıt Seçki Dairəsinin 17, 18 və 19 saylı məntəqələrində oldum. Bu müddət ərzində seçicilərin barmaqlarının yoxlanmamasından tutmuş, bir adamın qutuya 3-4 bülleten atmasına qədər xeyli qanun pozuntuları müşahidə etdim. Belə ki, 19 saylı məntəqədə yaşlı bir qadın üç bülleteni qutuya atarkən dayandırdıq. Komissiya sədrinə müraciət etsək də, protokol hazırlamaqdan imtina etdi və bildirdi ki, bu, səhvən olub. Bəzi seçicilər isə bir neçə şəxsiyyət vəsiqəsi ilə ailə üzvlərinin əvəzinə səs verirdilər. Komissiya üzvləri onların qarşısını almaq əvəzinə, yardımçı olurlar. Əksəriyyətin isə barmaqları yoxlanılmır. Bu da ?karusel əməliyyatı?nın rahat şəkildə həyata keçirilməsi ilə bağlıdı. Məntəqədə olduğum zaman bir nəfər artıq səkkizinci dəfə səs verdiyini bildirirdi?. Namizəd 44 saylı Sumqayıt Seçki Dairəsinin 1 saylı məntəqəsində də qanunsuzluqla üzləşib. Onun sözlərinə görə, burada da barmaqlar yoxlanılmır. Müşahidəçilərə isə prosesi tam izləməyə imkan vermirlər: ?Hətta namizəd olaraq səsvermədə iştirak edənlərin siyahısına baxmaq istədiyimi bildirsəm də, komissiya üzvləri bunun qnunsuz olduğunu bildirdilər. Halbuki MSK-nın hazırladığı təlimatda açıq şəkildə göstərilib ki, müşahidəçi səsvermədə iştirak edənlərin siyahısına baxa bilər?. Z.Məmmədov seçici aktivliyinin də aşağı olduğunu vurğulayıb: ?Seçkiyə gələnlər isə əsasən məktəb müəllimləri və şagirdlərin valideynləridir. Belə ki direktorlar müllimləri yığıraqş əvvəlcədən təlimatlandırıb ki, kimlərə səs vermək lazımdır. Mülləimlər isə bu təlimata əsasən validenytlərə məsləhət veriblər. Çünki valideyntlər onlara verilən kağıza möhür vurdururdular ki, seçkidə iştirak ediblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA