islamçı demokratlar 2009-u itirilmiz il sayırlar

img

21-12-2009 [12:49]


gn=left]2010/tahir-abbasli-3.jpg[/libt] ?İctimai-siyasi, mənəvi, sosial-iqtisadi proseslər baxımından 2009-cu il ciddi bir yeniliklə yadda qalmadı. Türkiyə-Ermənistan sərhəd açılımı fonunda Qarabağ məsələsinin gündəmə gəlməsini, həmçinin Azərbaycan-Ermənistan prezidentlərinin bir neçə dəfə görüşməsini çıxmaq şərtilə ciddi bir hadisə baş vermədi. Geniş mənada yanaşsaq Qarabağ məsələsi baxımından da irəliləyiş olmayıb. Qeyd etdiyim kimi, məsələ dünyanın diqqət mərkəzinə gəlsə də, prezidentlərin görüşü intensivləşsə də proses nəticəsiz başa çatıb. Bu mənada da 2009 elə əvvəlki illərin tayı olub?. Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı 2009-cu ilin siyasi yekunlarını dəyərləndirərkən deyib. T.Abbaslının fikrincə, daxili siyasətdə də elə bir dəyişiklik baş verməyib: ?Əksinə geriləmələr var. İqtidar həmişə olduğu kimi, məhdudiyyət qoymaqla məşğul olub. Azad söz, fikir söyləmək bir qədər də çətinləşib. İnsanların öz fikirlərini ifadə etməsi üçün toplantıların, aksiyaların keçirilməsinə imkan verilmədi. Vətəndaşların istər Qarabağ məsələsində, istərsə də digər vacib problemlərin həlli yönündə fikri dinlənilmədi, onların potensilından istifadə olnumadı. Bu isə təbii olaraq onsuz da durumu yaxşı olmayan müxalifət düşərgəsini bir qədər də çətinə saldı. Əksər partiyanın qərargah probleminin həll olunmaması, müxalifətçilərin qeyd etdiyim kimi, aksiyalar, toplantılar keçirməsinə maneçiliklər törədilməsi bu düşərgəni uçurum kənarına bir qədər də yaxınlaşdırdı. Hətta bu il bələdiyyə seçkilərinə hazırlıq ili olmasına baxmayaraq, müxalifət bu baxımdan da sözünü deyə bilmədi. Çünki iqtidar müxalifət namizədlərinin sayının çox olmasına əngəl törətdi?. AİDP sədrinin fikrincə müxalifətin passiv olmasında günahı təkcə iqtidarın üzərinə qoymaq düzgün olmazdı: ?Hamı gözləyirdi ki, müxalifət heç olmasa bu il əvvəlki illərdə yol verilən nöqsanları təftiş edib, nəticə çıxaracaq. Amma bu baş vermədi. Bundan başqa müxalifət bu il də şəxsi maraqlarını arxa plana keçirmədi. Cəmiyyətin siyasi cəhətdən maariflənməsi istiqamətində işlər görmədi. Bunun bir yolu vətəndaşlarla ünsiyyətdən keçirdi, amma əvvəlki illərdə olduğu kimi, müxalifət cəmiyyətlə ünsiyyəti mətbuat üzərindən qurdu. Bu təbii ki, vətəndaşlarda müxalifətə olan inamsızlığı bir qədər də dərinləşdirdi?. T.Abbaslının fikrincə, 2009 Azərbaycan tarixində mənəvi problemlərin dərinləşməsi ilə yadda qalacaq: ?Təbii ki. əvvəlki illərdə olduğu kimi, mənəvi aşınma prosesi getdi. Bu da ölkədə insanların mənəviyyatının zənginləşməsi istiqamətində deyil, əksinə aşınması istiqamətində siyasətin həyata keçirilməsi ilə bağlıdır. Bu siyasətin nəticəsidir ki, insanlar düşünməyə deyil, əyləncəyə meyylidir. 2009-cu ildə bizə başucalığı gətirməyən mənəvi məsələlərdən biri də məscidlərə ətrafında gedən proseslər oldu. Bir neçə məscidi bağladılar, bəzilərini sökdülər, bəzilərini də süni məhkəmə qərarları ilə sökməyə hazırlaşırlar. Bui il həm də tarixə bəzi məmurların azan səsindən narahat olduqları il kimi düşəcək. Təsəvvür edin, yenicə doğulan uşağın qulağına azan oxunduğu halda, bizim məmurlar bu səsi qadağan etməyə cəhd edirlər. Ən pisi isə odur ki, bu məsələdə dindarların, başda Şeyxülislam olmaq şərtilə fikrini nəzərə almadılar. Bu da bizim ölkəmizdə dindarların sıxışıdrılması, onların cəmiyyətin inkişafındakı roluna məneçilik törədilməsi anlamına gəlir?. T.Abbaslının fikrincə, məscidlərin sökülməsi, dindarlara olan mənfi münasibətin kökündə güc ölkələrinin təzyiqi də dayanır. Ölkənin sosial-iqtisadi durumuna gəlincə, ümumdaxili məhsulda artım olsa da, bunun cəmiyyətin rifahına təsiri olmadı. Maaşlar, təqaüdlər artırılmadı. Prezidentin ?neft kapitalını insan kapitalına çevirək? şuarı əməli olaraq həyata keçirilmədi. Hakimiyyət ?böhran Azərbaycana təsir etməyib? desə də tikinti, bank və digər sektorlarda ciddi çətinliklər yarandı, bir sıra müəssisələr müflis oldu və işsizlik artdı. Ən əsası əvvəlki illərdə olduğu kimi bu il də korrupsiya, rüşvət aradan qalxmadı, bu nöqsanlara qarşı mübarizə aparılmadı. Bu mənada yuxarıda dediklərimi də əlavə etmək şərtilə, biz islamçı demokratlar 2009-cu ili itirilmiş il sayırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA