Qurban Qurbanov ?Qarabağ?ın xal itkisinin səbəbini açıqladı

img

21-12-2009 [05:02]


?Qarabağ?ın baş məşqçisi Qurban Qurbanov komandasının dünən ?Simurq?la oyundakı xal itkisinə münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində Qurban Qurbanov 0:0 hesabı ilə başa çatan matçda istədikləri oyunu tam qura bilmədiklərini, rəqibin yaxşı müdafiə olunduğunu vurğulayıb. ?Bu nəticə rəqibi qane edirdi. Onlar diqqətli oynamağı bacardılar?. ?Qarabağ?da qələbə üçün nə çatmadı? sualına cavabında Qurban Qurbanov bunları söyləyib: ?Bir şey deyə bilmərəm. Rəqibin qapısına yol tapa bilmədik?. Baş məşqçi Quzanlı stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasının da qələbə qazana bilməməklərinə təsir etdiyini, yaradıcı oyun sərgiləyə bilmədiklərini deyib. Vüqar Nadirov və Elvin Məmmədovun yenə də əsas heyətdə yer almaması, yalnız ikinci hissədə meydana buraxılmalarıyla bağlı Q.Qurbanov qısaca olaraq bildirib ki, bu, oyunda tarazlığı saxlamaq üçün taktiki gediş olub: ?Məncə, bu addımımız pis alınmadı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA