?Qarabağ?ın və millimizin müdafiəçisi Rəzad Sadıqov "Qarabağ"da qalacaq

img

18-12-2009 [12:38]


Qış ?transfer pəncərəsi?nin açılmasına olduqca az vaxt qalsa da, ?Qarabağ?ın və millimizin müdafiəçisi Rəşad Sadıqovun xidmətində heç bir xarici klub maraqlı deyil. Buna görə də Rəşad Sadıqov ən azı yaya qədər ?Qarabağ?da qalacaq. Futbolçu məsələ ilə bağlı bunları bildirib: ?Düzü, hələ Avropa Liqasının oyunlarından öncə ?Qarabağ?la müqavilə bağlayarkən belə bir razılıq əldə etmişdik: xarici klubdan təklif gəlsə, gedəcəyəm. Əlbəttə ki, Azərbaycanı onun hüdudlarından kənarda təmsil etmək ən böyük arzularımdan biri olub. Amma bu il mənimlə heç bir xarici komanda maraqlanmır. Gərək təklif ola ki, müzakirə edib qərar verəsən. Səmimi deyirəm, təklif yoxdur. Böyük ehtimalla ən azı yaya qədər ?Qarabağ?da qalacağam. Hazırkı komandamda futbol oynamaq üçün münbit şərait var?. "Çempion"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA