MSK RiTN-lə birgə 500-ə yaxın seçki məntəqəsində veb-kamera qurazdırıb

img

17-12-2009 [03:14]


Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisinə bütün hazırlıq işləri başa çatmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bütün seçki məntəqələri zəruri avadanlıqlar, ultrabənövşəyi lampalar və şəffaf mürəkkəblərlə təmin edilib. Məlumatda o da qeyd olunur ki, artıq 500-ə yaxın seçki məntəqəsində veb-kamera quraşdırılıb. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə MSK həmin veb-kameraların internetə çıxışı ilə bağlı birgə fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA