Sabah Milli Məclisdə dörd məsələnin müzakirəsi olacaq

img

14-12-2009 [12:34]


Milli Məclisin növbəti plenar iclası dekabrın 15-də keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata məlumata görə, iclasın gündəliyinə dörd məsələ daxil edilib. İclasda İnzibati Xətalar Məcəlləsinə əlavə layihəsinə baxılacaq, ?Normativ hüquqi aktlar haqqında? konstitusiya qanunu, ?İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında? qanun layihələri müzakirə olunacaq, ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanun layihəsi ikinci oxunuşa çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA