YAP Quba zəhərində bələdiyyə üzvlüyünə namizədləri ilə görüz keçirdi

img

17-12-2009 [01:37]


Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrindən Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və Milli Məclisin deputatı Əhəd Abıyev dekabrın 17-də Quba şəhərində partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçirdilər. Görüşdə YAP Quba rayon təşkilatının sədri Fuad Orucov bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən hazırlıq işləri və seçicilərlə görüşlər barədə ətraflı məlumat verdi. Seçicilərlə görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndələri bələdiyyələrin ölkəmizdə dövlət quruculuğu prosesində yerindən və rolundan bəhs etmiş, bələdiyyələrin rolunun daha da gücləndirilməsi üçün bir sıra vacib addımların atıldığını qeyd ediblər. Görüşdə iştirak edən Quba seçiciləri 23 dekabrda Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bəyan ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA