Müsavat Partiyası: Seçkidə qanun pozuntuları total zəkildə davam edir (yenilənib)

img

23-12-2009 [04:34]


Müsavat Partiyasının seçki prosesini izləyən müşahidəçiləri proses zamanı qeydə ldıqları qanun pozuntuları ilə bağlı davamlı olaraq məlumat hazırlayırlar. Müsavat Seçki Qərargahından Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Göyçay şəhər bələdiyyəsinə seçki keçirilən məntəqələrdə 10 nəfər adamın paltarını tez-tez dəyişdirərərək veb-kameralar quraşdırılan məntəqələrə aparıb səs verilməsi təşkil edilib. [b]Saat 11.00[/b] 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasının müşahidəçisi Qədir Nağıyev seçki günü saat 900-dək bu dairənin seçki məntəqələrinə buraxılmayıb. *** 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 20 saylı seçki məntəqəsində saat 1000-dək cəmi 6 nəfər seçkiyə gəlib, saat 1000-da məntəqə seçki komissiyasının üzvləri seçki qutusuna dəstə-dəstə bülleten doldurublar. Eyni pozuntu halı həmin dairənin 22 saylı seçki məntəqəsində də baş verib. *** 33 saylı Xətai birinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində Müsavat Partiyasının namizədi Qasımov Bəkir Bayandur oğlu seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə buraxılmayıb. Komissiya sədri müxalifətdən bir kimsəni məntəqəyə buraxmayacağını hamının qarşısında bəyan edib. *** Qaraçuxur bələdiyyəsinə seçkilər keçirilən ərazidə yerləşən 105 saylı MİS-in rəisi Abbas adlı şəxs ?10 XX 470? dövlət nömrə-nişanlı ?Mersedes? markalı maşınla MİS işçilərini seçki məntəqələrinə aparmaqla ?karusel? təşkil edib və bu işə şəxsən özü rəhbərlik edir. *** Müsavat Partiyasından qeydə alınmış namizəd Yusif Süleymanovun verdiyi məlumata görə, 8 saylı Binəqədi birinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində məntəqə ərazisində qeydiyyatda olmayan şəxsə seçki bülleteni verilib. Buna etiraz edən namizədə mənəvi təzyiq edilib. *** 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Hökumə İbrahimliyə səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmağa imkan verilməyib. *** Hövsan bələdiyyəsindən müşahidəçinin verdiyi məlumata görə, seçki məntəqəsində eyni adamlar dəfələrlə səs verir. *** Binəqədi bələdiyyəsinin ərazisində fəaliyyət göstərən 102 saylı MİS-in 15 nəfərdən ibarət işçisi 8 saylı Binəqədi birinci seçki dairəsinin 16, 17, 18, 19, 20 və 21 saylı seçki məntəqələrində saat 1100-dək səsvermədə iştirak ediblər. Bu dəstə fəaliyyətini hələ də davam etdirir. [b]Saat 13.00[/b] Xaçmaz rayonundan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Ramazan Əliyevin verdiyi məlumata görə, rayon ərazisində olan bələdiyyələrdə saat 1200-dək seçicilərin iştirakı 5 faizdən azdır. Seçki komissiyalarına məntəqələrdəki seçki qutularını doldurmaq tapşırığı verilib. *** 107 saylı Qazax seçki dairəsinin 10 saylı seçki məntəqəsində Müsavat Partiyasından olan müşahidəçi Lətifət Məlikovanın verdiyi məlumata görə, o, bu məntəqədə YAP tərəfindən təyin olunmuş müşahidəçinin əlində səsvermə kabinəsindən çıxarkən bir neçə doldurulmuş seçki bülleteni tutub və bu faktı komissiya sədrinə təqdim edib. *** 8 saylı Binəqədi birinci seçki dairəsinin 5 saylı seçki məntəqəsində adı seçici siyahısında olmayan şəxsin sənədləri ilə tanış olmadan barmağına xüsusi maye vurduqdan sonra səhv etdiklərini bildiriblər. Lakin buna baxmayaraq, daha bir qanunsuzluq edərək, həmin şəxsə səs verməyə şərait yaradıblar. *** Müsavat Partiyasından bələdiyyə üzvlüyünə namizəd Tarıverdi Hüseynovun verdiyi məlumata görə, 61 saylı Neftçala seçki dairəsinin 3 saylı məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində, eləcə də 5 saylı seçki məntəqəsində bülletenləri dəstə-dəstə qutulara doldururlar. *** Müsavat Partiyasından bələdiyyə üzvlüyünə namizəd Fikrət Cəfərlinin verdiyi məlumata görə, 98 saylı Şəmkir seçki dairəsinin 1 saylı məntəqəsində (İcra Hakimiyyətinin binasının yanında) səsvrməyə gələn seçicilərə seçkiyə gəlməyin mənasının olmadığı, protokolların dünəndən hazır olduğu bildirilir. Bütün məntəqələrə yetərsayın 20 faizdən artıq olmaması barədə məlumat verilməsi tapşırılıb. *** Müsavat Partiyası Hacıqabul rayon təşkilatının sədri Z.Səmədbəylinin verdiyi məlumata görə, 58 saylı Hacıqabul seçki dairəsinin 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 saylı seçki məntəqələrində bülletenləri dəstə-dəstə qutulara doldururlar. *** Hövsan bələdiyyəsinə seçkilər keçirilən 30 saylı Suraxanı birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində saxtakarlığa etiraz edən, MSK tərəfindən təyin edilmiş respublika üzrə müşahidəçi Afina xanım polis tərəfindən saxlanılaraq Suraxanı rayonundakı 30 saylı polis bölməsinə aparılıb. *** Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Samir Abbaslının Göyçay rayonundan verdiyi məlumata görə, 88 saylı Göyçay seçki dairəsindəki bələdiyyələrə seçkilərdə əhalinin iştirakı çox aşağı səviyyədə olduğuna görə bir neçə seçki məntəqəsi olan bələdiyyələrdə ?karusel? metodundan açıq şəkildə istifadə olunub. Veb-kamera qurulan məntəqələrdə isə ?karusel? əməliyyatında bir qrup şəxs paltarlarını dəyişərək iştirak ediblər. [b]Saat 16.00[/b] Qobustan bələdiyyəsinə namizədliyi qeydə alınmış Səxavət Soltanovun verdiyi məlumata görə, o, 11 saylı Qaradağ seçki dairəsinin 8 saylı seçki məntəqəsində səs vermək istəyərkən seçici siyahısında öz adının qarşısında başqa şəxs tərəfindən imza qoyulduğunu aşkar edib. Seçki komissiyasının sədrinə bu işin saxtakarlıq olduğunu bildirib. Seçki komissiyasının sədri isə ona ?heç narahat olma, səs-küy salma, onsuz da sənin adın bizə verilən yekun siyahıda yoxdur? söyləyib. *** 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi Binəqədi bələdiyyəsinə qeydə alınmış Rauf Səlimov bildirib ki, bu dairənin 15 saylı seçki məntəqəsində məcburi köçkünlər səs verməyə cəlb edilib. 14 saylı seçki məntəqəsində seçicilərə 2 və daha artıq bülleten verilib. MİS-in işçilərinə ardıcıl olaraq 26 və 27 saylı seçki məntəqələrində səs verməyə şərait yaradılıb. YAP-ın deputatları Hacı Madər Musayev və Eldar İbrahimov video kameraların müşayiəti ilə bu dairənin seçki məntəqələrini gəzir və seçki komissiyalarının sədrləri ilə söhbət edib, tapşırıqlarını verirlər. Onlar 27 saylı seçki məntəqəsində olarkən məntəqə seçki komissiyasının işçiləri sənədləri yoxlamadan bir neçə şəxsə seçki bülletenləri verərək onların səs verməsinə şərait yaradıb. *** Tərtər bələdiyyəsinə namizədliyi qeydə alınmış Xəqani Məmmədin verdiyi məlumata görə, Tərtər rayonu üzrə seçki keçirilən bütün bələdiyyələrdə icra hakimiyyətinin təyin etdiyi nümayəndələr seçki məntəqələrinin ətrafına toplaşaraq seçkiyə gələn insanlara ?artıq seçki prosesi başa çatıb, sizin səs vermənizə heç bir ehtiyac yoxdur, artıq seçilməli olan adamlar seçilib? deyərək, onları seçki məntəqələrinə getməməyə təhrik edirlər. *** Müsavat Partiyası Beyləqan rayon təşkilatının sədri Nadir Ələsgərlinin verdiyi məlumata görə, bu rayonun bələdiyyələrinə keçirilən seçkilərdə günün ikinci yarısından başlayaraq bir neçə öyrədilmiş adamlar tərəfindən seçki bülletenlərinin seçki qutularına dəstə-dəstə doldurulması adi hal alıb. Bülletenlərin doldurulması işini isə seçki komissiyasının üzvləri həyata keçirir. Seçki məntəqəsində olmasına icazə verən heç bir sənədi olmayan şəxslər seçki məntəqələrində seçki işinə rəhbərlik edirlər. *** Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Mustafa Hacılının verdiyi məlumata görə, Xətai bələdiyyəsinə keçirilən seçkilərdə istifadə olunan ?karusel?də yeni saxtakarlıq texnologiyası tətbiq olunur. Belə ki, ?karusel? prosesində iştirak edən şəxslər seçki bülletenlərində yalnız bir namizədə səs verib seçki bülletenlərini seçki qutularına salırlar. Müsavat Partiyasından olan namizədin belə şəxslərdən birinə ?siz nə tez səsvermə prosesini başa çatdırdınız? sualına cavab olaraq bildirilib ki, ?bizə tapşırıq belə olub, deyiblər ki, günün sonunda da sizə tapşırığımız olacaq?. Buradan aydın olur ki, bu yolla seçki komissiyası seçicilərin sayını artırır. Seçki bülletenlərində digər namizədlərə səs vermək işinin öhdəsindən özləri gələcəklər. *** Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Cahangir Əmirovun verdiyi məlumata görə, Gəncə şəhərindəki bələdiyyələrə keçirilən seçkilərdə əhalinin iştirakı 1 faizdən yuxarı deyil. Lakin qabaqcadan büdcə təşkilatlarında işləyən bütün şəxslərə bu gün iş yerində olmaq tapşırığı verilib ki, onlardan da ?karusel? əməliyyatını yerinə yetirməkdə istifadə edilir. [b]Saat 17:30[/b] Tərtər rayonunun Seyidimli bələdiyyəsinə namizədliyi qeydə alınmış Sveta Ənvər qızı Cəlalovanın verdiyi məlumata görə, saat 1530-dək seçki məntəqəsinə ona səs verəcəyi ehtimal olunan 200 seçici gəldiyi halda, komissiya üzvləri açıq şəkildə aşağıda adları qeyd olunan şəxslərin bələdiyyə üzvü seçiləcəyini bildirirlər: İmanova Mədinə, Nuriyeva Təranə, İmanov Fəxrəddin, Vəliyev Rəşad, Əliyev Emil, Məmmədov Xəyyam, Qasımov Şahin, Cavadov Elbrus. *** 30 saylı Suraxanı birinci və 31 saylı Suraxanı ikinci seçki dairələrinin ərazisində yerləşən Qaraçuxur bələdiyyəsinə namizədliyi qeydə alınmış Aqil Həsənov, Tofiq Məmmədli və Rahib Mirələmovun verdiyi məlumata görə, bu bələdiyyənin ərazisində büdcə təşkilatı, xüsusən MİS işçilərindən təşkil olunmuş qruplar günün ikinci yarısında açıq-aşkar, heç nədən çəkinmədən seçki məntəqələrinə gedir və səs vermədə iştirak edirlər. Onlardan bu işə son qoymalarını tələb etdikdə, ?bizə bundan ötrü pul ödəyiblər, biz də işimizi yerinə yetiririk, siz pul ödəyin, biz də sizə səs verək? cavabını verirlər. Onlar həm də ?siz narahat olmayın, biz gözümüz tutan bir nəfərə səs veririk, qalanları bizlik deyil? deyirlər. *** 30 saylı Suraxanı birinci və 31 saylı Suraxanı ikinci seçki dairələrinin ərazisində yerləşən Qaraçuxur bələdiyyəsinə namizədliyi qeydə alınmış Aqil Həsənov, Sahin Hüseyn və Rahib Mirələmovun verdiyi məlumata görə, 1710-dan etibarən 31 saylı seçki dairəsinin 13 saylı seçki məntəqəsinə daxil olmaq istəsələr də, seçki komissiyasının yaşlı bir üzvü onların seçki məntəqəsinə daxil olmasına imkan verməyib və namizədləri təxribata cəlb etməyə cəhd göstərib. *** Müsavat Partiyasının səlahiyyətli nümayəndəsə Vəfa Cümşüdlünün verdiyi məlumata görə, Sumqayıt bələdiyyəsinə seçkilər keçirilən 43 və 44 saylı seçki dairələrinin əksər seçki məntəqələrində ?karusel? metodundan istifadə olunur. 43 saylı seçki dairəsinin 23, 31 və 32 saylı, 44 saylı seçki dairəsinin 12 və 13 saylı seçki məntəqələrində seçki qutularına topa şəklində seçki bülletenlərinin salınması və ?karusel? metodundan istifadə olunması adi hal alıb. 43 saylı seçki dairəsinin 32 saylı seçki məntəqəsində 8 ədəd seçki bülleteninin əvvəlcədən yuxarı sol küncünün kəsildiyi aşkar edilib. Bu o deməkdir ki, seçki komissiyasının üzvləri səsverməyə gəlməyən seçicilər əvəzinə seçici siyahılarında imza atmağı və onların əvəzinə seçki bülletenlərini dolduraraq seçki qutularına atmağı planlaşdırıb. 43 saylı seçki dairəsinin 23 saylı seçki məntəqəsində Mərkəzi Seçki Komissiyasından respublika üzrə müşahidəçi statusu almış Müsavat Partiyasının üzvü olan müşahidəçi xeyli müddət seçki məntəqəsinə buraxılmayıb. [b]Saat 1930[/b] 47 saylı Mingəçevir seçki dairəsi ərazisində yerləşən Mingəçevir bələdiyyəsinə namizədliyi qeydə alınmış Ağahüseyn Mahmudbəylinin verdiyi məlumata görə, bu bələdiyyədə yekun ptorokollar dekabrın 22-dən hazırlanıb və məntəqə seçki komissiyalarına nəticələri yekun protokola uyğun olaraq hazırlamaq tapşırılıb. Seçki məntəqələrinə maksimum 50-60 seçici gəlib. Seçki komissiyasının üzvləri seçki bülletenlərini özləri doldurub topa şəklində seçki qutularına salırlar. *** 107 saylı Qazax seçki dairəsinin 10 saylı seçki məntəqəsindən Daş Salahlı bələdiyyəsinə keçirilən seçkiləri müşahidə edən respublika üzrə müşahidəçi statusu olan Lətafət Məlikovanın verdiyi məlumata görə, bu seçki məntəqəsində müşahidəçinin seçki prosesini qanuni müşahidəsinə imkan verilmir. Seçki komissiyasının xanım sədri nəinki müşahidəçiləri, hətta qeydə alınmış namizədləri belə Seçki Məcəlləsinin 40.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini yerinə yetirməsinə imkan vermir. Bu barədə MSK-nın mətbuat katibliyinə və hüquq şöbəsinə məlumat verilsə də, bu problem həll olunmadı. Ancaq MSK-nın katibi məsələyə qarışdıqdan sonra seçki məntəqəsinə buraxılmayan qeydə alınmış namizəd məntəqəyə buraxıldı. Səslər sayılarkən seçici siyahılarında imzaların sayı 319 olsa da, seçki qutularından çıxan seçki bülletenlərinin sayı 366 ədəd olub. Seçki komissiyasının sədri seçki bülletenlərini torbaya dolduraraq, seçki məntəqəsini tərk edib. *** 22 saylı Nəsimi ikinci seçki dairəsinin 15 və 16 seçki məntəqələrinin sədrləri dairə seçki komissiyasından dairə üzrə müşahidəçi statusu almış müşahidəçiləri məntəqə buraxmayıb və onlara vəsiqələrinin üzərində yazılmış nömrəyə uyğun seçki məntəqəsinə getməyi məsləhət bilib. *** 60 saylı Salyan-Neftçala seçki dairəsinin 18 saylı saylı seçki məntəqəsinin sədri Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Valeh Əliyev seçki məntəqəsinə buraxılmayıb. *** 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 9 saylı seçki məntəqəsində (sədr Nizami Məcidov) qeydə alınmış namizəd Fəxrəddin Abbas yekun ptorokolun hazırlanmasının şahidi olub. Bu barədə dairə seçki komissiyasına məlumat verib. Dairə seçki komissiyasının üzvləri belə Nizami Məcidovdan bu protokolu ala bilməyib. Bu barədə MSK-nın mətbuat katibi Azər Sarıyevə məlumat verilib. Azər Sarıyevin məntəqə seçki komissiyası sədrinə qarşı hansı tədbirin görməsi məlum olmasa da, bundan sonra komissiya sədri Fəxrəddin Abbasın sinəsindən itələyərək, onu seçki məntəqəsindən zorla çıxarıb. Bu dairənin 18 və 19 saylı seçki məntəqələrində səsvermə vaxtı 2 seçki qutusu olduğu halda, səsvermə bitdikdən sonra ortaya seçki bülletenləri ilə dolu 3-cü seçki qutusu qoyulub. *** Xaçmaz rayonunda olan bələdiyyələrə keçirilən seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi, qeydə alınmış namizədləri, onların vəkilləri və müşahidəçilər seçki məntəqələrindən zorla çıxarılır. Bu hal Müsavat Partiyasının namizədləri olan bütün bələdiyyələrdə təkrar olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA