AMiP ABŞ Konqresinin separatçı Dağlıq Qarabağa maliyyə yardımı ayırmasına öz etiraz edir

img

16-12-2009 [01:58]


Azərbaycan Milli İstiqlal Partiyası ABŞ Konqresinin separatçı Dağlıq Qarabağa yenidən böyük miqdarda maliyyə yardımı ayırmasına öz etirazını bildirir və bunu qətiyyətlə pisləyir. AMİP hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın separatçıları dəstəkləməsi yol verilməzdir və bu addım regoinda sülhə və təhlükəsizliyə xələl gətirir. Beynəlxalq sülhün qorunmasında Birləşmiş Ştatların göstərdiyi qətiyyəti müsbət qiymətləndirən AMİP, Ermənistanın Azərbaycana təcavüzünə ikili standartlarla yanaşmasını, habelə, bəşəriyyətə qarşı ağır cinayətlər törədən, terrorizmi və soyqırımı asas vasitəyə çevirən separatçı bir rejimə maliyyə yardımı göstərməsini anlamır. Partiya ABŞ-ı Ermənistanın təcavüzü nəticəsində ərazisinin beşdə birini itirən, 1 milyondan çox qaçqını olan Azərbaycana qarşı ədalətli və obyektiv mövqe sərgiləməyə, eləcə də, münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində fəaliyyətini artırmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA