Qadın ağırlıqqaldıran məzq vaxtı özü də gözləmədən doğub

img

16-12-2009 [01:49]


Çilinın qadın ağırlıqqaldıranı Elizabet Poblete məşq vaxtı özü də gözləmədən doğub. Lent.az-ın "The Guardian" nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı idmançı ştanqla hərəkətlərdən birini yerinə yetirərkən, oğlan uşağı dünyaya gətirib. Poblete bundan xeyli təəccübləndiyini etiraf edib. O, bildirib ki, doğuş öncəsi son həftə ərzində özünü pis hiss edib. Oğlan uşağı qoyulmuş vaxtdan 3 ay tez doğulub. Hazırda o, Braziliyanın San-Paulu şəhərindəki klinikanın intensiv terapiya palatasındadır. Məhz San-Pauluda məşq edərkən doğan Poblete isə artıq xəstəxananı tərk edib. Ağırlıqqaldıran müalicə haqqını ödəməyə pulunun olmadığını açıqlayıb. Qeyd edək ki, Elizabet Poblete 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində çıxış edib və 12-ci yeri tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA