ilqar Qurbanov ?Olimpik-Şüvəlan?ın məzqlərinə qatılmır

img

07-01-2010 [04:44]


?Olimpik-Şüvəlan? klubunun yarımmüdafiçisi İlqar Qurbanov artıq iki gündür ki, komandasının məşqində iştirak etmir. Bu haqda Qol.Az saytına komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib. ?Məndə olan məlumata görə, İlqar Qurbanov hazırda Türkiyədədir. Onun ?Neftçi?ylə danışıqlar aparıb-aparmaması barədə bir şey deyə bilmərəm. İlqar Qurbanov bilməlidir ki, o, ?Olimpik-Şüvəlan?ın baş məşqçisiylə yox, klubun özü və prezidenti ilə müqavilə imzalayıb?. ?İki gündür məşqə qatılmayan İlqar Qurbanovu hansısa cəza gözləyirmi? sualına cavab olaraq N.Süleymanov bunları deyib: ?Əgər bir futbolçu məşqə qatılmırsa, təbii ki, ona cəza verilir. Xarici oyunçuların əksəriyyəti də komandanın düşərgəsinə qatılmayıb. Çünki onlarda bayramdır. Əgər cəza olacaqsa, bunu mən yox, komandanın rəhbərliyi verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA