BAXCP ABŞ Konqresinin Ermənistana və Dağlıq Qarabağdakı separatçı reyimə yardım etməsini pisləyib

img

14-12-2009 [04:51]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə veriıən məlumata görə, iclasda ölkənin ictimai-siyasi vəziyyəti, bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyasının gedişatı müzakirə olunub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərini, baş nazirin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə sıx bağlı olması haqda bəyanatlarını müsbət qiymətləndirən BAXCP rəhbərliyi Türkiyənin bütün təzyiqlərə sinə gərəcəyinə, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər işğalçı Ermənistanla sərhədləri açmayacağına ümid etdiyini bildirib. İclasda həmçinin, ABŞ Konqresinin işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı reyimə növbəti dəfə yardım göstərməsinə kəskin etiraz ifadə olunub. Partiya Azərbaycanın milli maraqlarına zidd olan Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunmadığını bildirib. Əvəzində isə Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistana və Dağlıq Qarabağdakı separatçı ermənilərə hər il milyonlarla dollar yardım ayrılması beynəlxalq hüquqa sayğısızlıq və ikiüzlü siyasət kimi qiymətləndirilib. Partiya ABŞ-ın vasitəçilik missiyasına sığmayan bu addımlarını qətiyyətlə pisləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA