ABŞ səfirliyi qarzısında polslə aksiya iztirakçıları toqquzdu

img

22-12-2009 [04:04]


Bu gün Müasir Müsavat Partiyasının 50 nəfərdən ibarət aktiv üzvləri saat 12.00-da ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya iştirakçıları ABŞ səfirliyinin binasına yaxınlaşan zaman polisin müqaviməti ilə üzləşiblər. Polislə aksiya iştirakçıları arasında toqquşma olub. Partiyanın təşkilati məsələlər üzrə sədr müavini və bir neçə partiya fəalı saxlanılaran Nəsimi rayon polis İdarəsini aparılıb. Onlardan iazah alınandan sonra buraxılıblar. Şüarlar və plakatlar isə polis tərəfindən müsadirə olunub. Qeyd edək ki, aksiyanı keçirməkdə məqsəd Amerika Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə 8 milyon dollar yardım ayırmasına etiraz etmək olub. Aksiyanın şüarı ?Amerika, Azərbaycanla əlaqəni kəsmə?, ?İşğalçı ermənilərə dəstək verməyin?, ?Erməni separatçılarını silahlandırmayın?, ?ABŞ, ikili siyasətdən əl çək?, ?Separatçı Qarabağ rejiminə yox deyirik? olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA