Deputat Qənirə Pazayeva Türkiyəyə gedir

img

11-12-2009 [12:17]


Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 11-dən 14-dək Türkiyə Cümhuriyyətində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Q.Paşayeva Bursa şəhərində ən yeni tariximizdə Türk və İslam dünyasının insan hüquqları sahəsində üzləşdiyi haqsızlıqlara həsr olunmuş simpoziumda iştirak edəcək. Toplantıda dünyanın müxtəlif bölgələrində məskunlaşmış türklərin məruz qaldıqları haqsızlıqlardan danışılacaq, problemin həlli yolları barədə fikir mübadiləsi aparılacaq. Millət vəkili simpoziumda Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, bir milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından didərgin düşməsi, Xocalı soyqırımı barədə ətraflı çıxış edəcək. Deputatımız həmçinin, ermənilərin işğal olunmuş ərazilərimizdə çoxlu sayda mədəni və tarixi abidələrimizi dağıtması barədə toplantı iştirakçılarına məlumat verəcək. Tədbirdə Azərbaycan həqiqətlərini əks etdirən, Ermənistanın işğalçılıq siyasətini faktlarla təsdiq edən müxtəlif dillərdə kitablardan və sənədli filmlərdən ibarət sərgi də nümayiş etdiriləcək. Səfər çərçivəsində deputatımızın İstanbulun bir sıra sivil toplumlarında və universitetlərində görüşləri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA