Milli Məclis bir neçə qanun layihəsini qəbul etdi

img

04-12-2009 [02:09]


Milli Məclisin bu gün keçirilən iclasında noyabrın 9-u Dövlət Bayrağı Günü kimi rəsmiləşdirilib. Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Qanunu təqdim edən sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, təklif prezidentdən gəlib. Milli Məclisin bugünkü iclasında 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş ?Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında? Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycanın bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub. Bundan əlavə, ?Xarici investisiyanın qorunması haqqında?, ?Gömrük tarifi haqqında?, ?Şəhərsalmann əsasları haqqında?, ?Sosial sığorta haqqında? qanun layihələrinə əlavə və dəyişikliklər edilib. Həmçinin, ?Bank olmayan kredit təşkilatları haqqında? qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA