Müasir Müsavat Partiyası yeni mənzil qərargahına köçüb

img

10-12-2009 [03:50]


Xeyli vaxtdır ki, qərargahsız qalan Müasir Müsavat Partiyası Azadlıq 189-da yerləşən yeni mənzil qərargahına köçüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə MMP mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, bu gün partiyanın yeni qərargahında ilk toplantısı keçirilib. Toplantıda MMP sədri Hafiz Hacıyev və rayon təşkilatlarının sədrləri, bələdiyyə seçkilərində iştirak edəcək namizədlər iştirak ediblər. İclasda ölkədə baş verən ictimai-siyasi hadisələr, bələdiyyə seçkilərinə hazırlıq işlərinin səviyyəsi və bundan sonra görüləcək işlər müzakirə olunub. Qərara alınıb ki, partiyanın qərargahsız qaldığı müddətdə görülməyən işləri sürətlə həyata keçirilsin. Bunun üçün MMP sədri partiya funksionerlərinə və rayon təşkilatlarının sədrlərinə gücləndirilmiş iş rejiminə keçməyi tapşırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA