?Əgər demokratik seçkilər keçirilsə, ümid Partiyası birmənalı qalib gələcək?

img

29-11-2009 [12:08]


Bu gün Ümid Partiyasının mərkəzi qərargahında partiyanın Ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələlər müzakirə edilib. Müşavirəni giriş sözü ilə açan partiyanın icra aparatının rəhbəri Nəsimi Məmmədli hesabat xarakterli məruzi ilə çıxış edib. Bildirib ki, bu il keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı hakimiyyət dairələrinin və hakimiyyətin nəzarətində olan güc strukturlarının təzyiqləri nəticəsində Ümid partiyasının namizədlərinə qarşı total hücumlar təşkil edilib: ?Bunun da nəticəsində hakimiyyət dairələrinin təzyiqləri ilə üzləşən namizədlərimiz şantaj olunub, onlara qarşı ən müxtəlif təzyiq vasitələrindən istifadə olunmaqla namizədliklərindən imtina edilməsinə cəhd göstərilib. Bunu sübut edən faktlar Mərkəzi Seçki Komissiyasının rəsmi İnternet saytında noyabr ayının birinci yarısında və ikinci yarısında yerləşdirilən statistik göstəricilərin fantastik və çox sürətli formada dəyişməsi sübut edir. Cəmi bir neçə günün içində partiyanın respublika üzrə 3 min nəfərdən çox namizədinin sayı bu və ya digər qanunsuz fəaliyyət və hakimiyyətin müdaxiləsi nəticəsində 90 faiz azaldılaraq 400 nəfərə qədər azaldılıb. Hətta namizədliyi qeydə alınmış və namizədlikdən imtina etməmiş şəxslərin də adları rəsmi statistika göstəriciləri olan siyahıdan çıxarılıb? deyə icra aparatının rəhbəri bildirdi. Daha sonra çıxış etmək üçün söz Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadəyə verildi. Çıxışını partiyanın rayon təşkilatlarının sədrlərinin indiyə qədər keçilən seçki dönəmində göstərdikləri fədakarlıqlara görə, təşəkkürlə başlayan sədr, qeyd etdi ki, mövcud siyasi şərtlər Ümid Partiyasının bu prossesdən qalib çıxdığını bir daha sübut etdi. İ.Ağazadə ?Hakimiyyət dairələrinin ən müxtəlif vasitələrdən istifadə etməklə, partiyamıza qarşı yürütdükləri siyasətin nəticəsi olaraq bu gün Ümid Partiyasının namizədləri cəmi 10 faizi qədər alınıb? deyə əlavə etdi. ? Biz bu prosses zamanı hər kəsə sübut etdik ki, ən ucqar kəndlərdə belə Ümid Partiyasının sıyahısı ilə bələdiyyə seçkilərində iştirak etmək istəyən minlərlə tərəfdaşımız var. Bu prosses partiyamızın xeyrinə oldu. Bununla yanaşı gedilən bu yolda təbii olaraq səhvlərimiz də yox deyildi. Amma tam olaraq uğurlarımız da var idi. Nəticə birmənalı olaraq bizim xeyrimizə dir. Bu gün Azərbaycandakı siyasi prossesləri yaxından izləyən beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən demokratiya dəstəkçisi olan dövlətlərin səfirlikləri də əmin oldular ki, Ümid Partiyası prossesin favoritidir. Lakin bizə qarşı edilən təzyiqlərə baxmayaraq biz yenə də bu fəaliyyətimizi davam etdirəcəyik. Birmənalı olaraq bəyan edirik ki, yaxın zamanlarda Azərbaycanın rayonlarına, kəndlərinə səfərlər edəcəyik. Namizədliyi qeydə alınan, təzyiqlər və saxtakarlıqlar nəticəsində namizədlikləri qeydə alınmayan hər bir tərəfdaşımızla görüşəcəyik. Partiyanın rəhbərliyi və şəxsən mən xüsusilə kəndlərdə görüşlər keçirəcəyik. Bu gün bu toplantıda İcra Apparatı konkret olaraq təbliğat-təşviqat dövründə göstərəcəyimiz fəaliyyətlə bağlı rayon təşkilatlarına tapşırıqlar verəcək. Bundan sonrakı fəaliyyətimiz dövründə biz bir daha sübut edəcəyik ki, partiyamıza, bizlər Azərbaycanda müxalifətin birinciliyi uğrunda mübarizə aparmırıq. Biz hər gün, hər an fəaliyyətimizlə sübut edirik ki, hakimiyyətə gəlmək uğrunda mübarizə aparırıq və sizləri əmin edirəm ki, bu fəaliyyətimiz ən yaxın zamanda nəticə verəcək. Son üç il ərzirndə bizlər heç bir təsadüfi qələbə arzulamadıq. Biz planlı, məqsədli şəkildə hədəflərimizə doğru irəlilədik. Biz konkret olaraq 2008-ci ilin oktyabr ayının 18-də, prezident seçkilərindən dərhal sonra ümumrespubldika müşavirəsi keçirdik. Bu müşavirədə 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı qərar verdik. O zaman qərar verəndə də konkret olaraq proqram və məqsədlərimizə uyğun olaraq bəyan etmişdik ki, hakimiyyətə gəlmək üçün aşağıdan yuxarı uğurlar qazanmaq lazımdır. Bəli, bizlər bunu sübut etdik ki, əgər Azərbaycanda demokratik seçkilər keçirilsə, Ümid Partiyası birmənalı olaraq hakimiyyətə gəlməyə qadirdir. Daha sonra Ümid Partiyasının icra apparatı rayon təşkilatlarının sədrləri ilə toplantı keçirib. Toplantıda partiyanın seçkilərin təbliğat təşviqat mərhələsində vahid və mərkəzləşdirilmiş təbliğat kampaniyasının tezisləri və detalları müzakirə olunub. Rayon təşkilatlarına bundan sonra hansı istiqasmətdə fəaliyyət göstərmələri barədə konkret olaraq nəzərdə tutulmuş fəaliyyət proqramının detalları üzrə tapışırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA