Mərkəzi Seçki Komissiyasında 737 müzahidəçi qeydiyyata alınıb

img

10-12-2009 [12:48]


Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 737 müşahidəçi qeydiyyata alınıb. MSK-nın mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, müşahidəçilərin 89-u siyasi partiyalardan, 569 nəfər seçkiləri müstəqil müşahidə etmək istəyənlərdir, 63 nəfər isə QHT-ləri təmsil edir. Dairə Seçki Komissiyalarında (DSK) isə 29 min 851 müşahidəçi qeydə alınıb. MSK-da qeydə alınan müşahidəçilər istənilən seçki dairəsində, DSK-larda qeydiyyatdan keçənlər isə yalnız qeydə alındıqları seçki dairəsinin ərazisində müşahidə aparmaq hüququna malikdirlər. Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün, DSK-larda isə 5 gün qalana kimi davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA