ümid Partiyasının sədri iqbal Ağazadə Əli Bilgə Cankorellə görüzüb

img

09-12-2009 [05:55]


Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli Ümid Partiyasının mərkəzi qərargahında qəbul edib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkiləri, Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi zamanı ölkədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı ətraflı müzakirələr aparılıb. Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar, münaqişə tərəfləri və beynəlxalq təşkilatların mövqeyi barədə müzakirələr zamanı İqbal Ağazadə rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. O təmsil etdiyi qurumun hər zaman münaqişənin sülh yoluyla həllinin tərəfdarı olduqlarını bildirib. Eyni zamanda, görüş əsnasında Əli Bilgə Cankorel ilə millət vəkili arasında ?Seçki Məcəlləsi?, ?Siyasi partiyalar haqqında? qanunlarla bağlı fikir mübadiləsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA