Avropa Məhkəməsi Serj Sarkisyanın Xocalı soyqırımında iztirakını arazdırır

img

05-12-2009 [12:22]


İğdırlı jurnalist Sərdar Ünsal xəbər verir ki, İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğınla əlaqədar mühakimə olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) etdiyi müraciətinə cavab alıb. Cavab məktubunda qeyd edilir ki, müraciət qeydiyyata götürülmüşdür. Məhkəmə 2010-cu il yanvarın 8-dək Serj Sarkisyanla bağlı müvafiq formada tərtib olunmuş sənəd istəyir. Dərnək rəhbərliyi əlindəki sənədlərə Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun köməyi ilə yeni sənədlər də əlavə edib ən qısa müddətdə tələb olunan formada məhkəməyə göndərəcək. Xatırladaq ki, Göksel Gülbeyin məktubunda deyilir: ?Avropa İnsan Haqları Məhkəməsinin ədalətli qərar verəcəyinə inanırıq. Çünki Sarkisyan 1992-ci ildə Xocalıda qırğın törədən qüvvələrin komandiri olmuş və onları təşkil edərək yüzlərlə insanın öldürülməsi əmrini vermiş, şəxsən özü də bu qırğına qatılmışdır. 1992-ci ildə Xocalıda törədilən qırğının qanı hələ qurumamışdır. Bu dövrdə 1 milyon 200 min Azərbaycan vətəndaşı yurdunu tərk etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən Sarkisyan Avropa İnsan Haqları Məhkəməsində mühakimə olunmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA