Tahir Abbaslı Nemət Pənahlı, isa Qəmbər, Pənah Hüseyn və Eldar Namazovu tənqid etdi

img

08-12-2009 [02:51]


?Siyasətçilərin son dövrlər xalqın təfəkküründə yeni gəzişmələri şoudan başqa bir şey deyil. Nemət Pənahlının xalqa dəli deməsi, İsa Qəmbər və Pənah Hüseynovun yeni Xalq Cəbhəsinin yaradılması ideyasını gündəmə gətirmələri, Eldar Namazovun ziyalılarla bir hərəkət emək niyyəti həmin şəxslərin siyasi varlığını göstərmək kimi qiymətləndirirəm?. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı son siyasi proseslərə münasibət bildirərkən deyib. Onun fikrincə, dəfələrlə siyasi uğursuzluqlara düçar olanların yenidən heç nə olmamış kimi gündəmdə qalmaları adi hala çevrilib: ?Hesab edirəm ki, bu insanlar toplumdan uzaqlaşıblar. Xalqın narahatlıq və nigarançılıqlarından xəbərdar deyillər. Ona görə də düşüncələri qaranlıqdır və belə düşüncə ilə irəli gedə bilməzlər?. AİDP sədri hesab edir ki, Azərbaycan xalqı ictimai həyatda fəal olmaq, hadisələrə münasibət bildirmək, mənəvi sevinclə və halal yolla yaşamaq arzusundadır: ?Qarabağ probleminin sıxıntısından çıxmaq üçün bütün varlığını ortaya qoymaq istəyir. Amma siyasi qüvvələr bu məqamı dəyərləndirə bilmirlər. Ona görə də onların liderlik iştəhalaır yanlış fikir kimi ortaya çıxır. Nəticədə bir vaxtlar demokratik düşərgəni təmsil edən şəxslər də xalqın gözündə bir qrup varlanmış təbəqə kimi, xalqın xeyirinə işə görməyən insanlar kimi görünürlər?. T.Abbaslı hesab edir ki, bu gün həm iqtidarın, həm də müxalifətin ən ciddi problemi fikirdə dost ola bilməmələridir: ?Söhbət müxalifətlə iqtidarın dostluğundan getmir. Məsələ burasındadır ki, iqtidar öz daxilində. Müxalifət də öz daxilində ?fikirdə dostluq? prinspinə nail ola bilməyiblər. Ona görə də xalqla da münasibət qurmaqda çətinlik çəkirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA