Sərdar Cəlaloğluna izgəncə verilməsi ilə bağlı məsələ Avropa Şurasında müzakirə olundu

img

10-12-2009 [05:41]


Avropa Şurası Nazirlər Kabinetinin növbəti yığıncağında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğluna 2003-cü il oktyabr hadisələri zamanı işgəncə verilməsi ilə bağlı cıxardığı qərarın icra vəziyyəti müzakirə olunub. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müzakirələrdə Avropa İnsan Haqları Məhkəməsinin Sərdar Cəlaloğlu barəsində çıxardığı qərarın icra edilməməsi qeyd edilib, bu məsələnin bugünədək həllini tapmaması Azərbaycan hökumətinin diqqətinə çatdırılıb və tədbir görülməsi tələb olunub. Xatırladaq ki, 2007-ci il yanvarın 11-də Avropa Məhkəməsi S.Cəlaloğlunun şikayəti ilə bağlı qərar qəbul edib. Qərarda Avropa Konvensiyasının 3-cü maddəsində (işgəncələrin qadağan olunması) nəzərdə tutulan hüququn pozuntusu qeyd olunub və Azərbaycan dövləti tərəfindən bu hüququn pozuntusuna görə, Cəlaloğluna 10 min avro məbləğində təzminat ödənilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA