Əli Əhmədov Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iztirak etmək üçün Almaniyaya gedib

img

08-12-2009 [01:40]


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Almaniya Kansleri Angela Merkelin təşkilatçılığı ilə 8 ? 10 dekabr tarixlərində Bonn şəhərində işini davam etdirəcək Konqresdə AXP ? nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq. Almaniya Bundestaqında keçirilən Konqresdə Avropanın dövlət və hökümət başçıları, parlamentarilər, həmçinin mindən artıq nümayəndə iştirak edirlər. Milli Məclisin deputatı Asəf Hacıyev də YAP nümayəndə heyətinin tərkibində Konqresdə iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA