Müsavatın təzkilatçılığı ilə ?Cənubi Qafqazda geopolitik durum. Yeni risklər, yeni imkanlar? adlı dəyirmi masa keçiriləcək

img

01-12-2009 [02:12]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Yığıncağın əvvəlində Müsavat Partiyasının təşkilatçılığı ilə 02 dekabr 2009-cu il tarixdə keçiriləcək ?Cənubi Qafqazda geopolitik durum. Yeni risklər, yeni imkanlar.? adlı dəyirmi masaya hazırlıq haqqında məlumat verilib. Daha sonra Bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə edilib. Qeyd edilib ki, total saxtakarlıq və namizədlərə edilən basqılardan sonra partiya siyahısı ilə 150-dən artıq namizəd qeydə alınıb. Bu namizədlərin və sərbəst qaydada namizədliklərini irəli sürmüş müsavatçıların təbliğat kampaniyalarının qurulması ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib. Gündəliyin ictimai-siyasi vəziyyətlə bağlı bölümündə əsas məsələ Qarabağ danışıqlarının gedişatının müzakirəsi olub. Əldə olan məlumatlar əsasında durum dəyərləndirilib. İqtidarın nəzarətində olan bəzi deputatların Milli Məclisdə Qarabağ probleminin həlli üçün Rusiyaya sığınmağın lazım olduğunu, bu ölkənin Azərbaycanda hərbi bazalar yaratmasına, sərhədlərimizi qorumasına şərait yaradılmasının vacibliyini deməsi ciddi narahatlıq doğurub. Bunun hakimiyyətin cəmiyyətə ötürdüyü ideya ola biləcəyi vurğulanaraq, bu ideya kəskin şəkildə qınanıb və müstəqilliyimizə xəyanət kimi qiymətləndirilib. Güney Azərbaycanda 13 nəfər soydaşımızın may hadisələri ilə əlaqələndirilərək həbsə atılması kəskin qınanılıb. Qeyd edilib ki, İran rejimi soydaşlarımızın öz milli hüquqları uğrunda mübarizə aparmasından çox ciddi narahatdır və bunun qarşısını almaq üçün fəallıq göstərən soydaşlarımızı müxtəlif bəhanələrlə həbsxanaya atır. Divan İran hakimiyyətindən günahsız soydaşlarımızı həbsdən azad etməyi tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA