Guido Westerwelle isa Qəmbərə təzəkkür məktubu göndərib

img

07-12-2009 [03:23]


Müsavat Partiyasının Başqanı İsa Qəmbər Almaniya Azad Demokratlar Partiyasının son Parlament seçkilərində yüksək nəticə göstərərək uğur qazanması münasibəti ilə bu partiyanın sədri, Almaniyanın vitse-kansleri və Xarici İşlər naziri Guido Westerwelle cənablarına təbrik məktubu göndərmişdi. Məktubda Alman liberallarının bu uğuru həm liberal dəyərlərin öz gücünü göstərməsinin daha bir sübutu kimi, həm də Azad Demokratlar Partiyasının rəhbərliyinin aydın və qətiyyətli siyasətinin nəticəsi kimi dəyərləndirilir. Təbrikdə deyilir: Avropa Liberal Demokrat İslahat Partiyaları İttifaqının (ELDR Party) üzvü olan Müsavat Partiyası Azad Demokratlar Partiyasının Almaniya koalisyon hökumətində təmsil olunmasına və Sizin ən mühüm postlardan biri olan vitse-kansler ve Xarici İşlər naziri vəzifəsini tutmağınıza çox böyük önəm verir. Məktubun sonunda Müsavat Başqanı Azad Demokratlar Partiyasının bu uğurunun və hakimiyyətdə təmsil olunmasının Almaniyanın daha sürətli inkişafına, Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına müsbət təsir göstərəcəyinə inamını bildirib. Bu günlərdə cənab Guido Westerwelle İsa Qəmbərə təşəkkür məktubu göndərib. Təbrikdə deyilir: Hörmətli cənab Qəmbər! Bundestaqa seçkilərdə uğulu nəticə ilə bağlı təbrikinizə ürəkdən təşəkkür edirəm. Sizin səmimi mətubunuzu almağa çox məmnun oldum. Biz seçkilərdə indiyə qədər ən yaxşı nəticə əldə etməyimizə, seçicilərin bizə göstərdiyi etimada çox minnətdarıq və bu etimadın doğurduğu məsuliyyəti qəbul etməyə çox şadıq. Bizim seçki manifestimizi xarakterizə edən liberal prinsiplər-- ləyaqətli nailiyyət, dünyaya öncül baxış və tolerantlıq -- bundan sonrakı fəaliyyətimizdə də bizim yol göstərən kompasımız olaraq qalacaqlar. Təbrikinizə görə Sizə bir daha təşəkkür edirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA