iqbal Ağazadə ABŞ Dövlət Departamentinin Regional Konfliktlər və Qafqaz Ofisinin direktoru ilə görüzüb

img

03-12-2009 [03:15]


Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ABŞ Dövlət Departamentinin Regional Konfliktlər və Qafqaz Ofisinin direktoru İsen Qodriçlə görüşüb. Ümid Partiyası mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanda demokratiyanın vəziyyəti və 2010-cu ilin parlament seçkiləri müzakirə olunub. Görüş zamanı amerikalı dövlət nümayəndəsinə hər üç istiqamət üzrə geniş məlumat verən və Ümid Partiyasının mövqeyini çatdıran İqbal Ağazadə həm də bu günlərdə ictimailəşən yeni ideyası ? Cənubi Qafqaz Birliyinin yaradılması ilə bağlı da fikirlərini açıqlayıb. Görüşdə həmçinin həbsdə olan jurnalistlərin və bloggerlərin durumu, o cümlədən ictimai institutlarda müxalifətin təmsilçiliyi də müzakirə predmeti olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA