AXC fəalı olmuz Ramiz Tağıyevin ermənilərlə əlaqəsi arazdırıla bilər

img

02-12-2009 [04:24]


Azərbaycan Xalq Cəbhəsinin fəallarından olmuş, onun hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında icra başçısı işləmiş Ramiz Tağıyevin ermənilərlə əlaqəsinin araşdırılacağı bildirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXC-nin keçmiş fəallarından biri məlumat verərək bildirib ki, bir müddət əvvələ qədər AXCP sədri Əli Kərimlini müşaviri işləmiş R.Tağıyevin bu əlaqələrə görə istintaqa cəlb edilmə təhlükəsi var. Belə ehtimal edilir ki, guya Sumqayıt hadisələrində və 20 yanvar faciəsi zamanı da Tağıyevin ?xidmətləri? olub. Həm də bildirilir ki, R.Tağıyevin ermənilərlə qohumluğu da var. Belə ki, onun 20 il əvvəl vəfat etmiş anasının erməni mənşəli olduğu söylənilir və sovet dövründə rəsmi sənədlərdə Tağıyeva Roza Artyomovna olduğu qeyd edilir. Məsələylə əlaqədar Müstəqil İnformasiya Agentliyinə açıqlama verən R.Tağıyev isə qeyd olunanların Mill Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlandığını və böhtandan başqa bir şey olmağını bildirib: ?Bu günlərdə mənim bacım oğlunu qeyri-qanuni olaraq, həbs ediblər. MTN artıq torpaq alqı-satqısı məsələsinə də girişib. İndi də yəqin ki, çevrəni daraldırlar. Ona görə də mənim barəmdə bu cür məlumatlar ötürürlər. Yaxşı olar ki, əvvəlcə özlərinin tərcümeyi-hallarına baxsınlar, sonra mənə ilişərlər?. Ermənilərlə qohumluq əlaqəsinin olub-olmamasına gəlincə, R.Tağıyev bu barədə deyilənlərin yanlış olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA