Azağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib

img

02-12-2009 [03:04]


Dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir. Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər. Həmin trenerlər aşağı seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı təqdimatlar edir və praktiki məşğələlər keçirlər. Trenerlər təqdimat və məşğələlərin daha səmərəli keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən əyani vəsaitlər, müasir multimedia vasitələri və s. texniki avadanlıqlarla təchiz olunublar. Treninqlər Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilir. Treninqlər dekabr ayının 10-dək davam edəcək. Xatırladaq ki, bu tədbir Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırladığı maarifləndirmə proqramının tərkib hissəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA