Nurəddin Məmmədli Müsavat-?Azadlıq? bloku birliyinə qarzı çıxanları qınayır

img

07-12-2009 [04:01]


?Hazırda ?Azadlıq? bloku ilə Müsavat Partiyası arasında birliklə bağlı hər hansı bir müzakirə aparılmır. AXCP də Müsavata müraciət etməyib, ?Azadlıq? bloku çərçivəsində isə bu cür danışıqlar getməyib. Amma bəziləri bundan ajiotaj yaradıb, hansısa qərəzli fikirlər bildirirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Nurəddin Məmmədli ADP sərdi Sərdar Cəlaloğlunun ??Azadlıq? bloku ilə Müsavat Partiyasının birliyin uğursuz variantdır? fikirinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hələlik bəzi funksionerlər səviyyəsində müzakirə olunan məsələyə qarşı fikirlər işlətmək onun reallaşmasına maneçilik törətməkdir: ?Biz hələlik hər hansı bir format müəyyən etməmişik. Bura hansı partiyaların qatılacağı ideyası gündəmdə deyil. Ona görə də qıcıq yaradacaq fikirlər səsləndirmək düzgün deyil. Əgər müzakirələr rəsmi şəkildə gedəcəksə, ?Azadlıq? bloku və Müsavatdan başqa digər partiyalarla da əməkdaşlıq ideyaları gündəmə gələ bilər. Bu mənada hesab edirəm ki, olmayan şey haqqında bu qədər kəskin diskussiyalara ehtiyac yoxdur?. S.Cəlaloğlunun sözügedən birliyin perspektivinin olmaması fikirlərində qərəzçilik elementlərinin olduğunu vurğulayan N.Məmmədlinin sözlərinə görə, Azərbaycanda real müxalifət mövqeyində duran qüvvələrin bir araya gəlməsi sosial sifarişdir: ?Hamı bilir ki, Azərbaycanda demokratiyanın bərqərar olması demokratik qüvvələrin birliyindən keçir. Belə bir şəraitdə müxalifətçilik mövqeyində duran təşkilatların uğursuz addım olmasını söyləmək düzgün yanaşma deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA