Bələdiyyə seçkilərini müzahidə edəcək 5032 müzahidəçi qeydə alınıb

img

02-12-2009 [01:52]


Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı bu vaxta qədər 5032 müşahidəçi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müşahidəçilərin 4621 nəfəri Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib. Onların 1999-u siyasi partiyaları, digərləri isə öz təşəbbüsü ilə seçkiləri müşahidə etmək istəyənlərdir. MSK-da isə 411 müşahidəçi qeydə alınıb. Qeyd edək ki, DSK-larda müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana qədər, MSK-da isə səsverməyə 10 gün qalana qədər davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA