Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova vəfat edib

img

29-11-2009 [09:23]


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Çingiz qızı Qasımova 2009-cu il noyabrın 29-da ömrünün 72-ci ilində vəfat edib. Svetlana Qasımova 1938-ci il iyun ayının 11-də Gəncə şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsi bitirib. Svetlana Qasımova 1969-cu ilədək Bakı Şəhər Partiya Komitəsində təlimatçı, 1969-1971-ci illərdə şöbə müdiri, 1971-1976-cı illərdə isə Bakı Şəhər İcraiyyə Komitəsində sədr müavini olub. O, 1976-1979-cu illərdə Azərbaycan Respublikasının ticarət nazirinin müavini, 1979-1983-cü illərdə ticarət naziri vəzifələrini tutub. Svetlana Qasımova 1983-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988-1990-cı illərdə Bakı Şəhər Partiya Komitəsinin katibi seçilib. O, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər üzrə Komitəsi sədrinin birinci müavini və sədri vəzifələrində çalışıb. O, 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında çalışmağa başlayaraq burada şöbə müdiri, 2000-ci ildən etibarən Mərkəzi Seçki Komissiyası sədrinin müavini işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA