isa Qəmbər Qurban Bayramı münasibətiylə Azərbaycan xalqını təbrik edib

img

26-11-2009 [03:37]


Müsavat Partiyasının Başqanı İsa Qəmbər Azərbaycan xalqını Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: ?Əziz həmvətənlər! Qurban bayramı xalqımız, eləcə də bütün dünya müsəlmanları üçün olduqca əzizdir. Bu müqəddəs bayram bütün insanları bir-birinə mehriban olmağa, Ulu Tanrıya daha da yaxın olmağa səsləyir. Mən inanıram ki, belə bir müqəddəs gündə ediləcək bütün dualar Allah tərəfindən qəbul olunacaq, hər birimizin xoş niyyətinin, arzularının həyata keçməsinə kömək göstərəcək. Belə bir əziz gündə saf məqsədlərə, mənəvi dəyərlərə yönəlmiş niyyət və dualarımız ölkəmizin və millətimizin problemlərinin həlli, ən əsası Qarabağımızın tezliklə işğaldan azad olunması yolunda bizə qüvvə verəcək. Əziz həmvətənlər! Bir daha hamınızı və hər birimizi bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edir və Ulu Tanrıdan Sizə xoşbəxtlik, əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıram. Tanrı Azərbaycanımızı qorusun!?

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA