Oqtay Əsədov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyaya gedəcək

img

21-11-2009 [04:07]


Noyabrın 22-dən 24-dək Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 34-cü plenar iclasında iştirak etmək üçün Rusiyada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətidən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Asəf Hacıyev, Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva, İmamverdi İsmayılov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi dövlət nümayəndələri daxildirlər. O.Əsədov iclasda çıxış edəcək və Azərbaycanı narahat edən məsələlərdən biri olan ermənilərin Qarabağ ərazisində ekologiyaya vurduğu ziyanla bağlı məsələ qaldıracaq. Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında Qara dəniz regionunun su ehtiyatlarından, bölgənin təbii ehtiyatlarından səmərəli istifadə, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, quruma üzv dövlətlərdə ekoloji şüurun formalaşdırılması, təşkilati və digər məsələlərə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA