Ombudsmanın səlahiyyət müddətinin uzadılması qəbul olundu

img

26-11-2009 [01:36]


Milli Məclisin bugünkü iclasında eyni şəxsin iki dəfədən artıq ombudsman seçilməsinə imkan verən ?Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında? konstitusiya qanununa dəyişiklik bu gün parlamentdə ikinci səsverməyə çıxarılaraq qəbul olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihəni təqdim edən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, konstitusiya qanununa dəyişiklik ikinci səsvermədə 95 səslə qəbul olunmalıdır. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn söz almaq istəsə də, spiker Oqtay Əsədov deputata çıxış imkanl verməyib. Beləliklə, dəyişiklik 104 səs lehinə, 6 səs əleyhinə olmaqla qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA