Müsavat bazqanı Isa Qəmbərin ispaniya səfəri davam edir

img

19-11-2009 [04:52]


Avropa Liberal Demokrat Islahat Partiyalari Ittifaqının növbəti qurultayında iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə gedən Müsavat başqanı Isa Qəmbərin səfəri davam edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Barselonada Ittifaqa daxil olan partiyaların öz ölkələrind fəaliyyəıt təcrübələri barədə müzakirələr aparmaq məqsədi ilə qurultay ərəfəsində, 18 noyabrda, konfrans keçirilib. Konfransda Isa Qəmbər də çıxış edib. O, Azərbaycanda ictimai-siyasi vəziyyət, azadlıqların məhdudlaşdırılması, siyasi məhbuslar, o cumlədən məhbus jurnalist ve bloggerler haqda, Müsavat Partiyasının və digər demokratik qüvvələrin fəaliyyəti və probləmləri, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlər barədə danışıb. Müsavat başqanı ALDIP Ittifaqının rəhbərləri və bir sıra Avropa ölkələrinin siyasi partiya liderləri ilə görüşləri də davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA