Müxalifət etiraz aksiyalarına bazlayır

img

25-11-2009 [02:22]


Müxalifət partiyalarına seçki prosesində yaradılan maneələrlə bağlı yaranan narazılıq davam etməkdədir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müxalifət partiyalarının yerli taşkilatları bununla bağlı bəyanat da yayıblar. Bəyanatda qeyd olunur ki, 23 dekabr 2009-cu il Bələdiyyə seçkilərində iştirak etmək üçün namizədlikləri aşağıda göstərilən siyasi partiyaların nümayəndələri Dairə Seçki Komissiyaları tərəfindən süni maneələrlə qarşılanaraq, qeydə alınmayıblar. Müxalifət partiyaları tərəfindən namizədliklərini irəli sürmüş şəxslərin qeydə alınmaması tapşırığını birbaşa İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vermiş, İH Başçısının 1-ci müavini Asif Əzizov isə verilən tapşırığı təmin edir. Belə ki, 24 noyabr 2009-cu il tarixdə 67 saylı Cəlilabad şəhər və 68 saylı Cəlilabad kənd DSK-ları tərəfindən əsassız bəhanələr gətirilərək rəy verməkdən imtina ediblər və bildiriblər ki, yalnız sizin səlahiyyətli nümayəndələr gəlib rəyi ala bilərlər. Müxtəlif vaxtlarda baş verən qanunsuzluqlarla bağlı həm birbaşa, həm də Müsavat Partiyası Seçki Departamenti vasitəsi ilə MSK-ya məlumat verilib. Lakin MSK bu qanunsuzluqlarla bağlı heç bir tədbir görməyib. Göstərilən faktlarla əlaqədar etiraz əlaməti olaraq piket keçirmək üçün İcra Hakimiyyətinə yazılı müraciət ediləcək. [b]25 noyabr 2009-cu il[/b] Müsavat Partiyası Cəlilabad RT-nın sədri: Hidayət İsmayıl AXCP Cəlilabad RT-nın sədri: Təzəxan Mirələmov VİP Cəlilabad RT-nın sədri: Fərəc Bayramov Ümid Partiyası Cəlilabad RT-nın sədri: Aslan Əzimov

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA