?Aqo?Qrupu siyasi partiya və ictimai təzkilatların rəhbərləri ilə görüzüb

img

24-11-2009 [02:22]


Azərbaycan səfərində olan Avropa Şurası Nazirlər Komitəsinin ?Aqo? monitorinq qrupu 12 saylı Cəzaçəkmə Müəssisəsində ?Gündəlik Azərbaycan? və ?Realnı Azerbayjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və 17 saylı Cəzaçəkmə Müəssisəsində ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb. Bundan əlavə, ?Aqo?Qrupu siyasi partiya və ictimai təşkilatların rəhbərləri ilə görüşüb. Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Liberal Partiyasının lideri lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ?Azərbaycan Naminə? İctimai Forumun prezidenti Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak edib. Görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti və digər məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA