16-11-2009 [05:46]
Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın qərargahında mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, mətbuat konfransı bələdiyyə seçkiləri kampaniyası dövründə yol verilən qanun pozuntularına həsr olunub. Mətbuat konfransında jurnalistlərə qanun pozuntuları haqqında faktları əks etdirən press-reliz təqdim edilib.
Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının məlumatı aşağıdakı kimi gəösrərilib.
23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri kampaniyası dövründə Müsavat Partiyası namizədləri üçün bir neçə mərhələdə problemlər yaradılıb. Belə ki:
- Seçkilər təyin olunduqdan dərhal sonra Müsasvat Partiyası rəhbərlərinin partiya strukturlarının nümayəndələri ilə görüşlərinə problemlər yaradılıb. Həmin görüşçlərdə iştirak edən partiya fəalları yerli hakimiyyət strukturu nümayəndələrinin təzyiqləri ilə üzləşib.
- Bir çox rayonlarda Müsavat Partiyası üzvlərinə və onların yaxınlarına təzyiq edilərək, onlardan bələdiyyə üzvlüyünə namizədliklərini irəli sürməmək və ya seçkilərdə fərdi qaydada bitərəf kimi iştirak tələb olunub.
- Bələdiyyə seçkilərində Müsavat Partiyasının partiya siyahıları ilə iştirak etməsi üçün lazım olan sənədlər partiya nümayəndələri tərəfindən MSK-ya 29 oktyabr 2009-cu il tarixdə təqdim edilsə də, partiyanın səlahiyyətli nümayəndələri yalnız 03 noyabr 2009-cu il tarixdə qeydə alınıb. Ümumiyyətlə, bələdiyyə seçkiləri kampaniyası dövründə MSK-nın yalnız 5 iclası keçirilib. Bu da siyasi partiyaların seçkilərdə fəaliyyətinə ciddi maneə yaradıb.
- Müsavat Partiyası nümayəndələri namizədliklərini irəli sürdükdən sonra büdcə təşkilatlarında çalışan müsavatçılar və ya onların yaxınları təşkilat rəhbərləri tərəfindən çağırılaraq, namizədliklərini geri götürməsələr işdən çıxarılacaqları ilə hədələnib.
- Bir çox rayonlarda müxalifət nümayəndələri seçkilərdə iştirakdan imtina etməyə vadar edilib.
- DSK-lar müxtəlif bəhanələrlə namizədlərin təsdiqi prosedurunu uzadıb.
- DSK-lar namizədlərdən Seçki Məcəlləsində və MSK tərəfindən qəbul edilmiş təlimatlarda olmayan sənədlər tələb edib.
- Namizədlərə imza vərəqələrindən başqa tələb olunan sənədlərin surətləri verilməyb.
- İcra hakimiyyəti orqanları tərəfindən namizədlərə tələb olunan arayışların verilməsi bilərəkdən ləngidilib.
Aşağıda bələdiyyə seçkiləri kampaniyası dövründə baş verən qanun pozuntuları barədə konkret faktlar təqdim olunur.
Mərkəzi Seçki Komissiyası tərəfindən bu il keçiriləcək bələdiyyə seçkilərinin 23 dekabr 2009-cu il tarixinə təyin olunması haqqında 07 oktyabr 2009-cu il tarixdə qəbul olunmuş qərarından sonrakı gün bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatlarının fəalları ilə görüşmək məqsədilə Bərdə, Yevlax, Şəki, Zaqatala, Oğuz və Qəbələ rayonlarına gedən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, müsavatçı millət vəkili İkram İsrafil və Müsavat Partiyası Məclisinin komissiya üzvü Mustafa Hacılının Bərdə rayonunda müsavatçılarla görüşünə rayon İcra Hakimyyətinin, YAP-ın rayon təşkilatının və büdcə təşkilatında işləyən vəzifəli şəxslərin müdaxiləsi nəticəsində imkan verilməyib. Sonradan partiya rəhbərliyinə daxil olan bu şəxslərin Yevlax şəhərinə girişinə imkan verilməyib, bütün səfər böyünca isə onlar xüsusi maşınlar tərəfindən təqib olunublar. Bu barədə Mərkəzi Seçki Komissiyasına müraciət olunsa da, hadisədən bir ay müddət ötməsinə baxmayaraq, bu günə qədər bu hadisəni törədən şəxslər haqqında hər hansı tədbir görülməsi haqqında məlumat yoxdur.
İcra hakimiyyətinin təzyiqləri nəticəsində 16 bələdiyyədən namizədlər namizədliklərini geri götürməyə məcbur edilib.
Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər Müsavat Partiyasının Saatlı təşkilatının nümayəndələri ilə görüşdükdən sonra yerli hakimiyyət strukturları tərəfindən təzyiqə məruz qalıb.
Dəvəçi Dəvəçi təhsil şöbəsinin müdiri Dəvəçi rayon təşkilatının sədri Saatmirzə Nərimanov və başqa bir müsavatçı namizədi çağıraraq onlardan namizədlirklərini geri götürməyi tələb edib. Müsavatçılar təklifdən imtina edib. Müstəqil olaraq namizədliklərini irəli sürmüş şəxslərin namizədlikləri geri götürdürülür.
Polis və icra hakimiyyəti işçiləri müsavatdan olan namizədlərin geri götürülməsi tələb olunub. Bələdiyyə sədrləri də bu prosesdə iştirak edir. Eyni zamanda, həmin şəxslərdən şikayət ərizəsi yazmamaq xahiş olunur.
12 namizəd yerli İcra Hakimiyyəti və polis tərəfindən seçkilərdə iştirakdan imtina ərizəsi yazmağa məcbur edilib.
Rayonun Qaraçala kənd bələdiyyəsindən namizədliyi Müsavat Partiyasından irəli sürülən Kərim Ağarzayevə kəndin icra nümayəndəsi və digər vəzifəli şəxslər tərəfindən təzyiq edilib. K.Ağarzayevin verdiyi məlumata görə, namizədliyi qeydə alınmaq üçün 30 imza lazım olduğu halda o cəmi bir günə 50 imza toplayıb. İmzaları və digər sənədləri 60 saylı Salyan-Neftçala DSK-sına təqdim edib. Lakin DSK gəlirlərini əks etdirən arayışın olmamasını bəhanə edərək K.Ağarzayevin namizədliyini qeyd almır. Heç bir yerdə işləməyən Ağarzayevə sözügedən arayışı verməli olan Qaraçala kənd icra nümayəndəsi isə bundan imtina edib. K.Ağarzayevin dediyinə görə, icra nümayəndəsi Əliyoldaş Hüseynov ondan namizədliyini geri götürməyi tələb edir: ?Mən namizədliyimi geri götürməyəcəyimi bildirmişəm. Demişəm ki, Müsavat mənim qanımdır, canımdır. Onun siyahısında adımın olmağımı şərəf bilirəm. Bundan sonra hədə-qorxuların sayı daha artıb".
Salyanın Yolüstü kənd bələdiyyəsindən Müsavat Partiyasının namizədi İsmayılov Farizə də icra nümayəndəsi Vidadi Cəfərov və vəzifədə olan qohumları tərəfindən təzyiq edilib. F.İsmayılovun dediyinə görə, ona elə yerdən təzyiq olub ki, namizədliyini geri götürmək məcburiyyətində qalıb.
Müsavat Partiyasından olan 4 namizədə təzyiq olub. Xəzər bələdiyyəsi, Qırmızıkənd və Kürkənd və Həsənabad bələdiyyəsindən olan namizədlərə lazım olan arayışlar verilməyib. Polis evlərə gedib deyir ki, yerlər dolub namizədliyinizi verməyin.
Biləsuvar Müsavat Partiyasından olan namizədlərə təzyiqlər olsa da, heç kəs namizədliyini geri götürməyib. İcra nümayəndələri əmlak haqqında, digər orqanlar gəlir haqda arayış verməkdən imtina edir.
Rayonda müxalifətdən olan namizədlərə təzyiq edilib. Aldığımız məlumata görə, rayon icra hakimiyyəti başçısının göstərişi ilə polis cəbhəçiləri zorla RIH-ə gətirib. AXCP üzvlərinə ərizə yazdıraraq onları bələdiyyə üzvlüyünə namizədliklərini geri götürməyə məcbur ediblər. Olay rayonun icra başçısının yanında, həmçinin onun müavinlərinin iştirakıyla həyata keçirilib. Başçının kabinetində polisin gücünə cəbhəçilərə məcburi qaydada namizədliklərini geri götürmələri barədə ərizə yazdırıblar.
Müsavat Partiyasından olan namizədlərə ciddi təzyiqlər var. 73, 75, 76 saylı dairə seçki komissiyalarının sədrləri ayın 9-da imza vərəqələri verəcəklərini bildirsələr də, ayın 11-dək imza vərəqələri verməyi ləngidiblər.
Müsavat Partiyası Lənkəran Şəhər Təşkilatının sədri Yadigar Sadıqlının verdiyi məlumata görə, icra hakimiyyəti tərəfindən təzyiqlər davam edir: ?Ayın 9-da Lənkəran Şəhər Icra Hakimiyyətində geniş toplantı keçirilib. Toplantıda icra hakimiyyətinin aparat işçiləri, icra nümayəndələri və 73 saylı Lənkəran Şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara seçki dairələrinin sədrləri iştirak edib. Toplantıda Müsavat və AXCP-nin namizədlərini hansı yolla olursa olsun, seçkilərə buraxmamaq tapşırığı verilib. DSK sədrləri Müsavat Partiyasından olan namizədlərin siyahılarını icra hakimiyyətinə təhvil verib?.
?İcra başçısının 1-ci müavini Ilqar Dadaşov və ictimai-siyasi şöbənin müdiri Ələmardan Əliyev müsavatçıları icra hakimiyyətinə dəvət edib. Orada namizədlərimiz açıq şəkildə şantaj edilib. Bizim namizədlərimizdən bələdiyyə seçkilərində fərdi qaydada iştirak etmələri tələb olunub. Ilqar Dadaşov və Ələmardan Əliyev Müsavat Partiyasının namizədlərinin seçkiyə fərdi şəkildə qatılacaqları təqdirdə onların bələdiyyələrə üzv olacaqlarını söyləyiblər. Namizədlərimiz bu təkliflə razılaşmadıqda şantajla üzləşiblər. Icra hakimiyyətinin nümayəndələri namizədlərimizi hədələyərək seçkiyə qatılacaqları təqdirdə işlərini itirəcəklərini bildiriblər. Onlar eyni zamanda müsavatçıların yaxınlarının da işsiz qalacaqlarını, xırda bizneslərinə imkan verilməyəcəyini və kənd yerlərində torpaqlarından məhrum olunacaqları ilə şantaj ediblər. Məndə olan məlumata görə AXCP-dən olan namizədlərə də eyni dərəcədə təzyiqlər edilib?.
Y.Sadıqlı DSK-ların imza vərəqələri verməkdən imtina etdiklərini bildirib: ?Ayın 13-də imzatoplama kampaniyası başa çatır. Lazımı sənədlərin DSK-lara bir həftə əvvəl təhvil verilməsinə baxmayaraq bizə imza vərəqələri verilmir. DSK sədrləri məqsədli şəkildə bizə maneələr yaradır və qanunu kobud şəkildə pozur?.
Müsavat Partiyasından olan namizədlərə təzyiqlər göstərilir. Bunun nəticəsində namizədlərin bir neçəsi namizədliyini geri götürüb.
Rayonda bələdiyyə seçkilərinin Müsavatsız keçirilə bilər. Belə ki, təzyiq və şantaj nəticəsində Müsavat Partiyası namizədi namizədliyini geri götürməyə məcbur olub. Müsavatın siyahısında olan Astara rayonunun Rüdəkənar kənd sakini Vüqar Hacızadəyə deyiblər ki, namizədliyindən imtina etsin. V.Hacızadə İrana viza ilə getmək istəyirmiş. Onu sərhəddən buraxmayıblar. Deyiblər ki, imza vərəqələrindən imtina edəndən sonra İrana buraxılacaq. Müsavatın namizədləri siyahısında olan Astara şəhər sakini Sücaət Mirzəyev də təzyiqlərə məruz qaldığını bildirib. İcra hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi Ədalət Kazımov S.Mirzəyevi yanına çağırıb. S.Mirzəyev icra nümayəndəsi ilə görüşdən sonra namizədliyini geri götürüb. Müsavatın siyahısında olan Astara şəhər sakini İsmayıl Bayramov da ilk gündən vəzifədə olan qohumlarının tənqidlərinə tuş gəlib. Bələdiyyə işçisi olan yaxın qohumlarından biri ona deyib ki, imza vərəqələrindən imtina etməsə başı ağrıyacaq. İ.Bayramov Astara Rayon İcra Hakimiyyəti aparatına çağırılıb. Orada telefonla Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Natiq İbadovla danışıb. N.İbadov da ona Müsavatın siyahısından çıxmağı təklif edib. N.İbadov İ.Bayramova deyib ki, Müsavatın siyahısından çıxıb bitərəf kimi seçkiyə qatılsa onu seçdirəcək. İ.Bayramov təklifdən imtina edib. Bundan sonra Müsavat namizədinə təzyiqlər edilməyə başlanıb. 77 saylı Astara Dairə Seçki Komissiyasının sədri Hikmət Əkbərovun ?Azadlıq? radiosuna dediklərindən belə məlum olur ki, həmin dairədən 6 Müsavat namizədi namizədliyini geri götürmək məcburiyyətində qoyulub: ?DSK-ya 6 şikayət ərizəsi daxil olmuşdu. Bu altı nəfər ərizələrində göstərirlər ki, onların xəbəri olmadan adları Müsavat Partiyasının siyahısına yazılıb. Onlar namizədlikdən imtina ediblər?.
Müsavat Partiyası Astara Rayon Təşkilatının fəalı Nəcməddin Məmmədovun ?Azadlıq? radiosuna verdiyi məlumata görə, partiya siyahısı ilə Astara rayonunda 9 nəfər seçkiyə qatılıb: ?Bələdiyyə seçkilərinə qatılmaq üçün 5 bələdiyyədən 9 nəfərin sənədlərini 77 saylı Astara Dairə Seçki Komissiyasına təqdim etmişik. Noyabrın 6-da DSK-dan imza vərəqələrini götürmüşük?. N.Məmmədov imza toplama kampaniyası dönəmindən problemlərlə üzləşdiklərini bildirib: ?Müsavatın siyahısında olan Astara rayonunun Rüdəkənar kənd sakini Vüqar Hacızadəyə deyiblər ki, namizədliyindən imtina etsin. V.Hacızadə Irana viza ilə getmək istəyib, onu sərhəddən buraxmayıblar. Deyiblər ki, imza vərəqələrindən imtina edəndən sonra Irana buraxılacaq.
Müsavatın siyahısında olan Astara şəhər sakini Sücaət Mirzəyev də təzyiqlərə məruz qalıb. Onu icra hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi Ədalət Kazımov yanına çağırıb. Müsavatın siyahısında olan Astara şəhər sakini Ismayıl Bayramov da ilk gündən qohumlarının tənqidlərinə tuş gəlib. Yaxın qohumlarından biri ? bələdiyyə işçisi ona deyib ki, imza vərəqələrindən imtina etməsə, başı ağrıyar. Sonra o, Astara Rayon Icra Hakimiyyəti aparatına çağırılıb. Orada telefonla Astara rayon icra hakimiyyəti başçısının müavini, YAP-ın rayon təşkilatının sədri Natiq Ibadovla danışıb. N.Ibadov ona Müsavatın siyahısından çıxmağı təklif edib. I.Bayramovun sözlərinə görə, Natiq Ibadov ona partiya siyahısından çıxacağı təqdirdə bələdiyyə üzvü seçiləcəyini vəd edib. Lakin I.Bayramov edilən təkliflərdən qətiyyətlə imtina edib.
Xəlifəküçə kəndindən olan namizədin Bakıda mağazada işləyən qardaşına Lerik icra başçısı zəng vuraraq qardaşının namizədliyini götürməsini tələb edib. Bu tipli təzyiqlər digər namizədlərə də edilir.
Müsavatdan Partiyasından olan nazmidələrə ciddi təzyiqlər var. 3 namizəd namizədliyini geri götürməyə məcbur edilib.
AXCP üzvlərinin Sabirabad rayonunda da bələdiyyə namizədi kimi qeydə alınmaması üçün eyni qaydada hakimiyyətin yuxarı dairələri tərəfindən tapşırılan süni maneələr davam edir. Bu haqda rayondan məlumat daxil olub: ?Iki gündür Sabirabad rayon 63 saylı dairə seçki komissiyasının sədri Məstalı Nuriyev qaçıb gizlənib. Heç cürə onu tapıb namizədliyimizi verə bilmirik. O, telefonunu da söndürdüyündən harda olduğu dəqiq bilinmir?- bunları AXCP Sabirabad şöbəsinin sədr müavini Tofiq Zeynalov deyib. T. Zeynalov əlavə edib ki, referendum zamanı müşahidəçi kimi qeydiyyat olunmaq istəyən üzvlərinə cənab Məstalı analoji problemi yaradıb: ?Bu adam bizi görən kimi buxarlanır. Yerli şöbə adından biz M. Nuriyevin hərəkətləri ilə bağlı bəyanat qəbul etməklə bərabər MSK-ya və beynəlxalq təşkilatlara məktub yollayacağıq?. Sabirabaddan gələn başqa bir şikayət Qismət Əsədov adlı AXCP üzvündən daxil olub. Əsədov bildirib ki, o DSK-ya partiya üzvü olması haqda vəsiqəsini təqdim etsə də, onu bitərəf üzv kimi qeydə alıblar.
İcra hakimiyyəti işçiləri, polis namizədlərə və onların qohumlarına təzyiq edir. Təqribən 10 nəfər namizədliyini geri götürməyə məcbur edilib.
82 saylı dairə seçki komissiyasında sənədləri ancaq noyabrın 10-da qəbul edib. 83 saylı DSK hətta ayın 11-də də sənədləri qəbul etməyib. Halbuki hər iki dairəyə ayın 4-də müraciət edilib. Sədrlər möhürü götürüb Bakıya gətiriblər. 82 saylı DSK-da sənədlər təhvil verilən gün namizədlərin partiya mənsubiyyətini təsdiq edən sənəd istəyiblər. Son məlumat: hər iki dairə sənədləri qəbul etməkdən açıq-aşkar imtina ediblər.
2 müəllim olan namizədimiz rayon təhsil şöbəsindən namizədliyini geri götürməyə məcbur edilib.
Müsavatdan Partiyasından olan namizədin orta məktəbdə süpürgəçi işləyən qohumunu işdən çıxarmaqla hədələyiblər.
99 saylı dairə seçki komissiyasının sədri və katibi yerində tapılmır. Noyabrın 11-dək sənədləri təhvil vermək mümkün olmayıb.
Rüstəm Əliyev bələdiyyəsi əmlak haqqında arayış verməkdən imtina edir.
Dairə seçki komissiyaları imza vərəqələrini qəbul edərkən ciddi problemlər yaradıb. Qanunla tələb olunmayan əlavə sənədlər tələb ediblər.
Namizədlərə ciddi təzyiqlər var, namizədliklərini geri götürülməsi tələb edilir. İcra hakimiyyəti, polis, səhiyyə və təhsil şöbələri təzyiqlər göstərir.
7 bələdiyyədə 7 namizədimiz var. Tircan bələdiyyəsində namizəd Mirzalı Fərzalı oğlu Abdulov bazar günü təhsil şöbəsinə çağırılıb və namizədliyini geri götürməyi tələb olunub. Əks halda işdən çıxaracaqları ilə hədələyiblər.
DSK-lara sənədlər təqdim olunarkən 110 saylı dairə seçki komissiyasının sədri namizədlərdən yaşayış yerindən arayış tələb edib və təsdiqolunmanı gecikdirir. İmza vərəqələrinin verilməsi işini bilərəkdən ayın 9-da səhər saat 1000-dan axşam saat 1500-dək təxirə salmış, sonra da ayın 10-u saat 1100-dək təxirə salıb. Sonda yalnız MSK-nın müdaxiləsindən sonra imza vərəqələrini verib. Bir sıra namizədlərə namizədliklərini geri götürməyə təzyiq ediblər. İcra nümayəndələri namizədlərə əmlak haqqında arayış verməkdən imtina ediblər.
Zaqatala rayonundan verilən məlumata görə, vergilər idarəsi, icra nümayəndələri və Dövlət Reyestr Xidməti müxalifətçi namizədlərə qanunla müəyyən edilən arayışları verməkdən imtina edir. Bununla da namizədlərin qeydə alınmasına əngəllər yaradırlar. Tərtər rayonunda isə AXCP və Müsavat Partiyalarının namizədlərinə icra hakimiyyətinin nümayəndələri və təhsil şöbəsinin müdiri təzyiqlər edir.
Zaqatala 110 saylı dairə seçki komissiyasının sədri Fikrət Müstafayev tərəfindən namizədlərdən təıləb olunan sənədlərin siyasıhısını təqdim edirik:
1. Yaşayış yerindən arayış
2. Öz adına evin olub-olmaması haqqında arayış (sahəsi və mərtəbəsi göstərilməklə)
3. Bələdiyyə torpağı haqqında arayış (sahəsi göstərilməklə)
4. Vergilər idarəsindən sahibkarlıq fəaliyyəti göstərib-göstərməməsi haqqında arayış
5. Diplomun surəti
6. Avtomobili varsa DYP idarəsindən arayış və tex. pasportun surəti
7. YAP partiya biletinin surəti
8. İşləyirsə bir illik əmək haqqı göstərməklə arayış
9. 4 ədəd 3x4 foto şəkil
10. Şəxsiyyət vəsiqəsinin surəti
11. 1 ədəd qovluq.
Balakən Balakəndə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən müsavatçılara polis tərəfindən təzyiq edilir.
13 noyabr 2009 il saat 1030-da Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən Varşayev Badrüddin polis şöbəsinə çağrılaraq namizədliyini geri götürməyini tələb edilib. Əks halda, DSK-ya tabşıraraq qeydə almağa qoymayacaqlarını bildiriblər (Qənaət adlı müstəntiq). Eyni proses namizədliyini uirəli sürən başqa müsavatşılara qarşı da edilib.
Naxçıvandakı 7 dairə seçki komissiyasının hamısının sədrləri möhürü götürüb Bakıya gediblər. Bu üzdən Müsavat Partiyasından olan 100-dək namizədin əksəriyətinə imza vərəqələri yalnız noyabrın 12-də verilib.