BAXCP Ilham Əliyevin Dağlıq Qarabağ problemi ilə bağlı son çıxızını dəstəkləyir

img

23-11-2009 [04:58]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri zamanı Dağlıq Qarabağ problemi ilə bağlı çıxışını yüksək qiymətləndirib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu barədə qərar BAXCP İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Belə ki, iclasda bildirilib ki, Azərbaycan torpaqlarının hərbi yolla azad edilməsi üçün ölkənin bütün potensialı səfərbər olunmalıdır. BAXCP həmçinin, Azərbaycanın bütün siyasi qüvvələrini və ölkə ictimaiyyətinin bütün təbəqələrini prezident İlham Əliyevin son çıxışına münasibət bildirməyə çağırıb. İclasda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə diqqət yetirilib və partiyanın bələdiyyələrə namizədlərinin qeydə alınması ilə bağlı bir sıra bölgələrdə süni maneələrin yaradıldığı bildirilib. BAXCP İdarə Heyəti ayrı-ayrı şəhər və rayonlarda baş verən qanunsuz hərəkətlərdən narahatlığını bildirib və müvafiq icra qurumlarının seçki prosesinə müdaxiləsinə son qoymağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA