Bakının mərkəzində gənclər etiraz aksiyası keçirib

img

22-11-2009 [07:39]


Noyabrın 22-də Bakının mərkəzindəki Natəvan heykəlinin qarşısından Kukla Teatrına qədər bir qrup gənc etiraz aksiyası keçirib. Aksiya iştirakçıları ?Siyasi məhbuslara azadlıq!? ?Eminə və Adnana azadlıq!? şüarları yazılmış plakatlar və həbsdə olan jurnalistlərin şəkillərini nümayiş etdiriblər.Aksiya polis müdaxiləsi olmadan baş tutub. AzadlıqRadiosunun məlumatına görə etirazçılar dağılandan sonra Səbail rayon Polis Bölməsinin əməkdaşları iki aksiyaçını - Ramil Qafarov və Teymur Məmmədzadəni şəhərdə gəzişərkən saxlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA