Müxalifət bu gün Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək

img

17-11-2009 [12:38]


Demokratiya Uğrunda İttifaqın (DUI) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda illik fəaliyyət planı və DUİ Məclisinin Əsasnamə layihələri müzakirə üçün qəbul olunub. Emil Milli ilə Adnan Hacızadənin barəsində çıxarılan hökm pislənilib, gənc bloggerlərin azadlığa buraxılması tələb edilib. DUİ Sədrlər Şurası 17 noyabr Milli Dirçəliş Günü münasibətilə meydan hərəkatı iştirakçıları başda olmaqla bütün Azərbaycan xalqına təbrik ünvanlayıb, bu tarixdə saat 16:00-da Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət etmək qərara alınıb. Parlament seçkisi və müxalifətin əməkdaşlıq formatı barədə müzakirələr aparılsa da, bu istiqamətdə açıqlama verməmək razılaşdırılıb. Xatırladaq ki, hazırda DUİ-yə Klassik Xalq Cəbhəsi, Xalq, Azadlıq, Böyük Azərbaycan, Milli Qurtuluş və Milli Demokrat partiyaları daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA