ALDP seçicilər arasında maarifləndirmə izlərinin aparılmasını da planlazdırıb

img

21-11-2009 [12:29]


Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədri Fuad Əliyev Mərkəzi Seçki Qərargahın (MSQ) iclasında iştirak edib. Fuad Əliyev seçici siyahılarının yoxlanılması ilə bağlı MSQ üzvlərinə tapşırıq verib. Tapşırığa əsasən MSQ üzvləri vaxtaşırı dairə və seçki məntəqələrində seçici siyahılarının monitorinqini aparmalıdırlar. Seçici siyahılarında müəyyən anlaşılmazlıqlar aşkar edilərsə onun aradan qaldırılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət olunacaq. Monitorinqlərə dairə və seçki məntəqələrində seçici siyahıları asıldıqdan sonra başlanacaq. Bundan əlavə liberal-demokratlar müəyyən olunan ünvanlarda seçicilər arasında maarifləndirmə işlərinin aparılmasını da planlaşdırıb. Burada təbliğatın əsas məqsədi seçicilərin seçici siyahılarinda adlarının olub-olmamasının yoxlanılmasına istiqamətlənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA