Bələdiyyə seçkilərində ümumilikdə 30 partiyanın nümayəndəsi iztirak edəcək

img

19-11-2009 [05:44]


2009-cu il dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə bağlı bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması prosesi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi Respublika üzrə 31 356 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərin 15 729 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 6182-si qadınlardır. Namizədlikəri qeydə alınan şəxslərdən 11 113 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiyanın irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınıb. Namizədlərin qeydə alınması 23 noyabrr saat 18.00-da başa çatır. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvülüyünə namziədlərin irəli sürülməsi və qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA