AMDP sədri Tufan Kərim Nuzirəvan Məhərrəmliyə açıq məktub ünvanlayıb

img

18-11-2009 [01:24]


Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri Tufan Kərim Milli Teleradio Şurasının (MTŞR) sədri Nuşirəvan Məhərrəmliyə açıq məktub ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məktubda son üç ay ərzində ?ATV? telekanalı vasitəsilə anti-türk məzmunlu ?Qurdlar imperiyası? filminin Azərbaycan teleməkanında iki dəfə nümayiş etdirilməsinə etiraz bildirilib. Məktubda və məktuba əlavə olunmuş ?Millətçilik? qəzetinin sayında filmin anti-türk altyapısı, filmin ssenaristi və əsasında filmin çəkildiyi eyniadlı kriminal əsərin müəllifi fransız Qranjenin ermənipərəst və anti-türk mövqeyi barədə açıqlama verilmiş, erməni sifarişi ilə çəkilmiş əxlaqsız və anti-türk altyapılı bu filmin Azərbaycanda nümayişi millətsevərlərimizin hissiyatına və şəhid bozqurdçularımızın xatirəsinə təhqir kimi dəyərləndirilib. Məktubun sonunda AMDP sədri Tufan Kərim MTŞR sədri N.Məhərrəmliyə həmin ermənipərəst, anti-türk filmin gələcəkdə teleefir vasitəsilə yayımlanmasına son qoyulacağına ümidini bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA