BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının bələdiyyə üzvülüyünə namizədliyi qeydə alınıb

img

18-11-2009 [12:23]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlının Mehdiabad Bələdiyyəsinə namizədliyi qeydə alınıb. Noyabr ayının 13-də 45 saylı Abşeron Seçki Dairəsinin verdiyi qərara əsasən N.Orduxanlı BAXCP-nin bələdiyyə üzvülüyünə namizədi adını qazanıb. Qeyd edək ki, 1999-cu ildə Niyaməddin Orduxanlı Azərbaycanda 21 yaşında ən gənc bələdiyyə üzvü seçilib və 5 il müddətində bələdiyyədə komissiya sədri olub. 2004-cü ildəki bələdiyyə seçkisində qalib gələn N.Orduxanlı Mehdiabad bələdiyyəsində sədrinin müavini vəzifəsinə yüksəlmişdir. Hazırda N.Orduxanlı Azərbaycandakı siyasi partiyalardakı sədr müavinləri arasında ən uzunmüddətə bələdiyyə üzvü olmuş və bu sahadə ən stajlı şəxsdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA