Nəqliyyat müfəttızləri tərəfindən döyülən sürücü hüquq-mqhafizə oqqanlarindan narazıdır

img

16-11-2009 [04:48]


?Dördüncü aydır ki, cinayət törətmiş nəqliyyat müəffətişlər haqqında heç bir qərar qəbul edilməyib. Onlar hüquqi qaydada həbs edilməli, eyni zamanda məhkəmədə şahid qismindən yalandan ifadə vermiş 11 nəfər şəxsə də eyni aqibəti yaşamalıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Mehman Əmirquliyevin hüquqlarının müdafiəçisi Vidadi İsgəndərov bu Media Mərkəzində keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Dəvəçi rayon Prokurorluğunda 309.2 maddəsi ilə həmin quldurlar barəsində başlanmış cinayət işinə düzgün baxılmayıb: ?Nəqliyyat Nazirliyinin bu əməkdaşları - Müslüm Abıyev, Vüqar Balayev, Hikmət Seyidov, Qalib Pənahov, Rasim İsrafilov, İsgəndər Hacıyev (Xaçmaz rayon 5 saylı Yol İdarəsinin rəisi), Aydəmir Manafov (Quba rayon Yol İdarəsinin rəisi), Yaqubəli adlı şəxs (Siyəzən rayon Yol İdarəsinin rəisi), Mübariz Paşayev və Vüsal Səmədov məhkəmə də ifadə veriblər ki, onlar guya ayrı-ayrı ərazilərdə olublar. İfadələrinə görə, Vüsal Səmədov əli ilə Mehman Əmirquliyevin idarə etdiyi ??KAM-AZ? yük maşının əl edib saxlamaq istəyəndə, Mehman onu vurub gedib və Vüsal huşsuz vəziyyətdə hadisə yerində qalıb. Ancaq görüntülərdən bir daha aydın oldu ki, Vüsal Səmədova heç bir təzyiq göstərilməyib. Bundan əlavə, prokurorluq orqanları onların iki qanunsuz sübutunu tanıyıb: həm V.Səmədovun ortada olmayan mazuta bulaşmış köynəyini, həm köynəyin şəklini. Amma Mehmanın yeganə şahidi olan qadını məhkəmədə ifadə verməyə icazə vermədilər. Hesab edirəm ki, burada qərəz var?. V.İsgəndərov onu da bildirib ki, hazırkı işin Dəvəçidə aparılmaması ilə bağlı vəsadət qaldırıb: ?Bizə bildirilb ki, məsələ ilə bağlı mətbuat konfransı keçirilsə, Mehmanın qohumlarının həbs etdirəcəklər. Bundan əlavə, Onlar hər yerdə sürcülərə bu klipi göstərib qoçuluqları ilə fəxr edib, hədə-qorxu gəlirlər. Çox təəssüflər olsun ki, bu məsələdə Ombudsman da biganə qaldı. O, yalnız Mehman Əmirquliyev azadlığa buraxılandan sonra gəldi. Biz Mehman Əmirquliyevin üzərindən cinayət işinin götürülməməsi barədə Apellyasiyasiya şikayəti verəcəyik. Əgər bu da təmin edilməsə Ali, Kostitusiya və İnsan Hüquqları Məhkəməsinə kimi işi aparacağıq?. Zərərçəkmiş Mehman Əmirquliyev isə bildirib ki, nəqliyyat müffətişləri ondan 50 manat məbləğində pul istəyiblər. O, bu pulu vermədikdə isə onu döyüb və maşınının nömrəsini qırıblar: ?Zirə qəsəbəsindən daş apararkən Quba-Xaçmaz yolunda maşının qabağına çıxdılar. Məndən 50 manat pul istədilər. Üstümdə isə 500 manat yaxın pul var idi, lakin bu pul başqasının idi. Onlar məni döyəndə bu pulu cibimdən götürdülər, telefonu isə əlimdən aldılar. Özmüdən getmişdim, ayılanda isə başımın üzərində çobanın olduğunu gördüm. Ondan xahiş etdim ki, qardaşıma zəng vursun və məni xəstəxanaya çatdırsınlar. Axşama qədər xəstəxanada qaldım, lakin ordan öz istəyimlə çıxaraq Dəvəçi rayon Polis İdarəsinə şikayət etdim. Sabahı gün isə məni prokuraturaya göndərdilər. Orada isə prokurorun köməkçisi İlham Kərimli məni dindirdi və haqqımda həbsqəti imkanı seçildi. Müstəntiq Elmar İsmayılova şikayət ediləndən sonra həbs edilirəm. Mən latın əlfibasını bilmədiyimə görə, əvəzimdən ifadələr yazaraq məni içəriyə atıblar. İstintaq zamanı dindirilmədə dedilər ki, onları bağışlayım və ifadə verim, Lakin mən yalnız vəkilim yanımda olacağı təqdirdə sənədə imza atacağımı bildirdim?. Mehman Əmirquliyevin vəkili Hafiz Ələsgərov isə bildirib ki, Mehmanın hüquqi savadsızlığından istifadə edib ona hansısa ifadəyə qol çəkdirmək istəyiblər. Lakin Mehmandan dəfələrlə tapşırdım ki, mənim iştirakım olmadan heç bir hərfə belə imza atmasın.

Digər xəbərlər
SON XƏBƏRLƏR